Bank Of Baku

Əli Orucov: “AMİP-in prezident seçkiləri ilə bağlı mövqeyi növbədənkənar qurultayda müəyyənləşəcək”

Əli Orucov: “AMİP-in prezident seçkiləri ilə bağlı mövqeyi növbədənkənar qurultayda müəyyənləşəcək”
# 08 fevral 2008 13:37 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) bu il keçiriləcək prezident seçkiləri ilə bağlı mövqeyi növbədənkənar qurultayda müəyyənləşəcək. Partiyanın mətbuat və təbliğat katibi Əli Orucovun sözlərinə görə, hələlik seçkilərlə bağlı partiya daxilində yekdil fikir yoxdur və buna görə də kimin namizədliyinin müdafiə olunacağı bəlli deyil. Ə. Orucov bildirib ki, partiyanın seçkilərdə iştirak forması AMİP lideri Etibar Məmmədovun qərarından və “beşlər” çərçivəsində aparılan müzakirələrdən asılı olacaq: “Hazırda “beşlər” çərçivəsində seçkilərdə iştirakla bağlı müzakirələr aparılır. Bu müzakirələrdə hansı variantın üzərində dayansaq, yəqin ki, bu partiyada müzakirə ediləcək və müvafiq qərar qəbul olunacaq. Seçkilərdə iştirak edəcək bloklara da qoşula bilərik. Bundan əlavə partiyada seçkilərin boykot olunmasının tərəfdarları da var. Bütün bu məsələlər müzakirə ediləcək və yekun qərar qurultayda qəbul olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR