Bank Of Baku

Sərdar Cəlaloğlu: “Müxalifətin seçkiyə yeni namizədlə qatılması zəruridir”

Sərdar Cəlaloğlu: “Müxalifətin seçkiyə yeni namizədlə qatılması zəruridir”
# 08 fevral 2008 13:39 (UTC +04:00)
Bakı.Fərid Əkbərov-APA. “Müxalifətdə “əməkdar”, yəni uzun müddət eyni işi görən adamlar var ki, onların olduğu yerdə yeni namizədlərdən söhbət açmağa imkan verilmir”. Bunu APA-ya Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, cəmiyyətdə müxalifətdən hər zaman eyni adamların namizədliyinin irəli sürüldüyü barədə fikir formalaşıb: “Bunu deməkdə məqsədim həmin adamların layiq olmadığını iddia etmək deyil. Hesab edirəm ki, artıq yeni namizədlərin üzərində dayanmalıyıq. Xalq görsün ki, müxalifət yeni ideya, yeni namizəd və yeni qüvvə ilə meydana çıxa bilir. Eyni adamlar, eyni münasibətlər, eyni şüarlar, eyni çıxışlar cəmiyyəti yorur. Neçə illərdir, Azərbaycan müxalifətində real gücün Müsavat və Xalq Cəbhəsi partiyalarının olduğu deyilir. Əgər belədirsə, bu real güclər niyə Azərbaycanın siyasi həyatında cüzi bir dəyişiklik edə bilmir? Bu da onu göstərir ki, müxalifətin seçkiyə yeni namizədlə getməsi zəruridir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR