Bank Of Baku

“Ergenekon”dan türbanadək Türkiyə gündəmi TƏHLİL

“Ergenekon”dan türbanadək Türkiyə gündəmi  <font color=#FF0000>TƏHLİL</font>
# 08 fevral 2008 15:16 (UTC +04:00)
Bu hadisələr arasında müəyyən bağlılığın olması aksiomadır. Hər üç hadisənin yeganə oxşar cəhəti milliyyətçi dairələrin ictimai rəydə ciddi ə ciddi zərbə alması ilə məhdudlaşmır. Proseslərin analizi göstərir ki, istər “Ergenekon” qalmaqalı, istər MHP-nin türban məsələsində AKP-yə dəstək verməsi, istərsə parlamentdə qəbul olunan məlum qanun layihəsi vahid prosesin tərkib hissəsidir. Həm də hələ başa çatmamış prosesin!
“Ergenekon” üzvlərinin hər hansı formada, indi və keçmişdə ordu ilə bağlılığı heç kəsə sirr deyil, bu səbəbdən ordunun hələ bir müddət bu kimi məsələlərdə susqunluq nümayiş etdirməsi gözləniləndir. Bu situasiyada ordunun mövqe nümayiş etdirməməsi əslində ortaya konkret mövqe qoymaq deməkdir. “Ergenekon” davasından milliyyətçilərin də özünü sığortalaması təbii sayılmalıdır, lakin ordudan fərqli olaraq MHP mövqeyini susqunluqla ortaya qoya bilməzdi. Yaranmış situasiyada ittihamlardan qorunmaq üçün konkret addım atmağa məcbur olan MHP bu addımı türban məsələsində hakim partiyaya dəstək vermək şəklində atıb. Sözsüz ki, MHP-nin türban məsələsində AKP ilə əməkdaşlıq etməsində elektoratı narazı salmamaq, bələdiyyə seçkilərində dini elektoratın bir qismini özünə tərəf çəkmək kimi amillər də rol oynayıb. Amma MHP-nin əsas məqsədlərindən biri sözsüz ki, özünü milliyyətçi dairələr qarşı başlanan kampaniyanın mənfi təsirindən qorumaq olub.
Məsələnin başqa bir tərəfi də var. Dövlət əleyhinə qeyri-leqal fəaliyyətdə suçlandırılan şəxslərin hamısı milliyyətçi dairələrin nüfuzlu simalarıdır, bu baxımdan medianın formalaşdırdığı mənfi ictimai rəyin zərbəsi təkcə həmin şəxslərə deyil, bütünlüklə milliyyətçi elektorata dəyə bilər. Analoji proses Hrant Dinkin qətli ətrafında yaranan qalmaqal zamanı da baş vermişdi. O zaman da bütün günah milliyyətçi qüvvələrin üzərinə yıxılmağa çalışsa da, MHP-nin susqunluq nümayiş etdirməsi və polemikaya girişməməsi bu zərbəni xeyli yayındıra bildi. Lakin o dövrdən fərqli olaraq MHP indi parlamentdə təmsil olunan partiya kimi milliyyətçilərin avanqard qüvvəsi hesab olunur. Bu səbəbdən “Ergenekon” qalmaqalının milliyyətçi dairələrə vuracağı zərbənin əsas ağırlığının MHP-nin üzərinə düşəcəyi şəksizdir. Bu situasiyada MHP seçim etməyə məcburdur ya zərbənin bütün ağırlığını öz üzərinə götürərək parlamentdə təmsilçilik imkanlarının bir müddətə məhdudlaşması (söhbət MHP-nin növbəti seçkilərdə parlamentdə təmsil olunmaq ehtimalının azalmasından, partiya daxilində parçalanmanın güclənməsindən gedir) ilə barışmaq, yaxud da nisbətən barışdırıcı mövqe tutmaqla imic dəyişikliyinə getmək. Hələlik MHP ikinci yolu seçməyə üstünlük verməkdədir.
“Ergenekon” qalmaqalı (Türkiyə mediasının təqdim etdiyi formada) ölkədə milliyyətçilərin imicinə zərbə vurmaqla yanaşı, ölkəni həm də mühüm bir arqumentdən məhrum edib. Ortada tutarlı dəlil-sübut olmadığı halda medianın “Ergenekon”u az qala terror təşkilatı kimi təqdim etməsi bəzi dairələr tərəfindən PKK terroruna haqq qazandırmaq üçün istifadə oluna bilər. “Türkiyədə tək kürdlərin deyil, türklərin də terrorçu təşkilatı var” tipli ictimai rəy formalaşdırılması PKK-nın fəaliyyətinə müəyyən haqq qazandıra, “kürd terroru türk terroruna cavabdır” versiyasının dövriyyəyə buraxılması ilə nəticələnəcəyi mümkündür. Bunun Türkiyənin PKK əleyhinə qarşı fəaliyyətinə necə mənfi təsir göstərdiyini söyləmək artıqdır. Zərbə altında qalan milliyyətçilərin manevr imkanlarının azalması Türkiyə dövlətçiliyinə qarşı ən müxtəlif təhlükələrin reallaşmasına səbəb ola bilər, türban formulunun ilkin mərhələdə uğur qazanması da bunun ilkin işartısıdır. İstənilən halda kim tərəfindən hazırlanaraq həyata keçirilməsinə baxmayaraq, milliyyətçilərə qarşı başlanan bu kampaniyanın Türkiyəyə böyük zərbə vuracağı şəksizdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR