Bank Of Baku

Xəzərin hüquqi statusuna dair Azərbaycanla Türkmənistan arasında növbəti danışıqlar Aşqabadda keçiriləcək

Xəzərin hüquqi statusuna dair Azərbaycanla Türkmənistan arasında növbəti danışıqlar Aşqabadda keçiriləcək
# 08 fevral 2008 16:04 (UTC +04:00)
Azərbaycan və Türkmənistanın xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov və Xoşgəldi Babayevin rəhbərliyi ilə Xəzər dənizinin orta xətt koordinatlarının müəyyən edilməsi üzrə ekspert qrupları arasında danışıqlar bu gün başa çatıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, fevralın 6-dan başlayan danışıqlarda Xəzərin hüquqi statusuna dair fikir mübadiləsi aparılıb, Azərbaycan və Türkmənistan arasında dənizin dibinin bölünməsi, orta xətt koordinatlarının müəyyən edilməsi üzrə məsələlər geniş müzakirə edilib. Orta xətt koordinatlarının baza elementləri, xəritələr, kartoqrafiya və proqram təminatı materialları araşdırılıb, bu istiqamətdə danışıqlar prosesində irəliləyişlərin ümumi razılığın əldə edilməsinə xidmət edəcəyi qeyd edilib. Tərəflər müzakirələrin nəticələrini müsbət qiymətləndirib və növbəti görüşün Aşqabadda keçirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR