Bank Of Baku

Sergey Kuznetsov: “Parlamentin yaz sessiyasında Seçki Məcəlləsinə dəyişikliklər edilməsi məqsədəuyğun olar”

Sergey Kuznetsov: “Parlamentin yaz sessiyasında Seçki Məcəlləsinə dəyişikliklər edilməsi məqsədəuyğun olar”
# 08 fevral 2008 17:25 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Azərbaycan hakimiyyətinin nümayəndələri ilə apardığı danışıqların yekunları haqqında jurnalistlərə açıqlama verən Avropa Şurası Venesiya Komissiyasının əməkdaşı Sergey Kuznetsov deyib. O bildirib ki, Seçki Məcəlləsinə dəyişikliklərin parlamentin yaz sessiyasında edilməsi məqsədəuyğun olar: “Ümid edirəm ki, yaya qədər Venesiya Komissiyası Azərbaycanın seçki qanunvericiliyinə dəyişikliklərə yekun qiymət verəcək”. S. Kuznetsov VK-nin hakimiyyətlə konstruktiv dialoq apardığını vurğulayıb: “Biz hakimiyyətlə qarşılıqlı anlayışa sahibik. Ümid edirəm ki, vətəndaşların seçki prosesi ilə bağlı şikayətlərinə baxılması proseduru daha açıq və effektli olacaq. Seçicinin seçim azadlığı təmin olunmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR