Bank Of Baku

Bir neçə partiya sədri Salyanda insidentlə üzləşib

Bir neçə partiya sədri Salyanda insidentlə üzləşib
# 09 fevral 2008 11:13 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokrat Boz Qurd Partiyalarının sədrləri Mirmahmud Mirəlioğlu, Əhməd Oruc və İsgəndər Həmidovun Yardımlı rayonuna getməsinə icazə verilməyib. Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib ki, onlar Yardımlıya Sabir Rüstəmxanlının anasının yas mərasiminə gedərkən Salyan rayonu ərazisində polis tərəfindən saxlanılıblar. M. Mirəlioğlu polis əməkdaşlarının İ. Həmidovun idarə etdiyi “JEEP” markalı avtomobili saxlayaraq cərimə meydançasına apardıqlarını, onları isə bir saat ərzində Post Patrul Xidmətində saxladıqlarını bildirib: “Yaranmış vəziyyətlə bağlı hüquq müdafiəçilərinə zəng etdik. Onlar da öz növbəsində Daxili İşlər Nazirliyinə müraciət etdikdən sonra sərbəst buraxıldıq. Lakin qoruyucu kəmərləri taxmadığımıza görə bizi 20 manat cərimələdilər”. M. Mirəlioğlu bundan sonra Bakıya geri qayıtdıqlarını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR