Bank Of Baku

122 saylı Xankəndi seçki dairəsinin Dairə Seçki Komissiyasının seçki məntəqələrinin sayının artırılması nəzərdə tutulur

122 saylı Xankəndi seçki dairəsinin Dairə Seçki Komissiyasının seçki məntəqələrinin sayının artırılması nəzərdə tutulur
# 10 fevral 2008 09:23 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. 122 saylı Xankəndi seçki dairəsinin Dairə Seçki Komissiyasının (DSK) seçki məntəqələrinin sayının artırılması nəzərdə tutulur. DSK sədri Allahverdi Doluxanovun APA-ya verdiyi məlumata görə, Ağcabədi və Naftalanda yeni məntəqələrin açılması ilə bağlı MSK-ya müraciət olunacaq. DSK sədri bildirib ki, Ağcabədidə yaşayan xankəndlilər Bərdədə, Naftalanda yaşayanlar isə Gəncədə səs verməyə məcbur olurlar. A. Doluxanov məntəqələrdə seçici siyahılarının yenidən tərtib olunması prosesinin başa çatdığını və hazırda siyahıların DSK-da araşdırıldığını deyib. Onun sözlərinə görə, ötən illə müqayisədə seçici siyahısında 300-500 nəfərlik artım gözlənilir. DSK sədri onu da qeyd edib ki, mümkün vasitələrdən istifadə etmələrinə baxmayaraq, bu günə qədər erməni mənşəli Azərbaycan vətəndaşlarının seçici siyahılarına düşməsinə nail ola bilməyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR