Bank Of Baku

Mitinq Komitəsi növbəti mitinqləri də Ukrayna meydanına təyin edəcək

Mitinq Komitəsi növbəti mitinqləri də Ukrayna meydanına təyin edəcək
# 10 fevral 2008 09:44 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında komitənin üzvü, Azərbaycan Ziyalı Hərəkatının sədri Eldəniz Quliyev deyib. Onun sözlərinə görə, yaxın günlərdə komitənin növbəti toplantısı keçiriləcək, burada növbəti aksiyaların vaxtı və tələblər müzakirə olunacaq: “Hazırda Mitinq Komitəsində yalnız ictimai qurumlar və gənclər təşkilatları təmsil olunur. Növbəti aksiyalarda təkcə söz və mətbuat azadlığı yox, prezident seçkilərinin demokratik və ədalətli keçirilməsi, vətəndaşların konstitusion hüquqlarının bərpası, Seçki Məcəlləsinin demokratikləşməsi tələblərini də irəli sürəcəyik. Kim bu tələbləri dəstəkləyəcəksə, Mitinq Komitəsinə daxil ola bilər”. E. Quliyev onu da qeyd edib ki, onlar növbəti mitinqləri də Ukrayna meydanına təyin etmək fikrindədirlər. Qeyd edək ki, ötən ilin dekabrında sözügedən Mitinq Komitəsi Ukrayna meydanında bir neçə dəfə mitinq təyin etsə də, Bakı Şəhər İcra Hakimiyyəti buna razılıq verməmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR