Bank Of Baku

Pənah Hüseyn: “Müsavat” deputat qrupunun koordinatorluğundan getməyimdə partiya ilə mənim aramda olan bəzi fikir ayrılıqlarının da müəyyən rolu olub”

Pənah Hüseyn: “Müsavat” deputat qrupunun koordinatorluğundan getməyimdə partiya ilə mənim aramda olan bəzi fikir ayrılıqlarının da müəyyən rolu olub”
# 10 fevral 2008 10:29 (UTC +04:00)
Amma burada partiya ilə mənim aramda olan bəzi fikir ayrılıqlarının da müəyyən rolu olub. Çünki son vaxtlar səsləndirdiyim bir sıra fikirlər “Müsavat” deputat qrupunun rəhbəri olduğumdan, Müsavatın mövqeyi kimi başa düşülürdü”. Bunu APA-ya açıqlamasında “Müsavat” deputat qrupunun keçmiş koordinatoru, millət vəkili Pənah Hüseyn deyib. Onun sözlərinə görə, hazırda deputat qrupuna Nəsib Nəsibli rəhbərlik edir. Əsasnaməyə görə, koordinatorun hər ay dəyişilməsinin nəzərdə tutulduğunu deyən P. Hüseyn buna baxmayaraq, 6 ay özünün koordinator kimi fəaliyyət göstərdiyini qeyd edib: “Müsavatın siyasi kursundakı bəzi məsələlər mənim fikirlərimlə üst-üstə düşmür. Ona görə də uzun müddətdi koordinatorluğu davam etdirməyim düzgün deyildi. Yəni qrupun 4 üzvü Müsavatı təmsil edir və burada müəyyən problemlər yaşana bilərdi. Buna görə də yenidən rotasiya sisteminə qayıtdıq”.
P. Hüseynin sözlərinə görə, Müsavatın yeritdiyi kursun bəzi cəhətləri ilə onun üst-üstə düşməyən fikirləri var. Bu barədə o, öz fikirlərini bir neçə dəfə partiya funksionerlərinə izah etdiyini də qeyd edib: “İdeoloji cəhətdən mən müsavatçılığa tam liberal ideologiya kimi baxmıram. Müsavatçılıq XX əsrin əvvəllərində yaranmış milli ideologiya olaraq liberal, sosial və milli demokratiyanın sintezidir. Amma Müsavatın yeritdiyi hazırkı siyasi kursda bu harmoniya pozulur. Mənim fikrimcə, bəyan edilmiş siyasi kurs klassik liberal-demokratik kursa ziddir. Bundan əlavə, mənim son dövrdə müsəlman-demokrat ideologiyası, mənəvi ağırlığında İslam dəyərlərini ehtiva edən bir ideoloji siyasi kurs barədə söylədiyim fikirlərlə Müsavat rəhbərliyinin hazırda bəyan edib həyata keçirdiyi siyasi kurs arasında uyğunsuzluqlar ortaya çıxır. Başqa məsələlərdə də müəyyən fikir ayrılıqları var. Bu baxımdan mənim fikirlərimin Müsavatın siyasi kursu kimi qəbul ediləcəyi kimi situasiya yaranmışdı və Əsasnamədə göstərildiyi kimi, soyadların baş hərfləri ilə rotasiya sistemində koordinatorluğu tətbiq etdik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR