Bank Of Baku

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın Münhen şəhərində keçirilən 44-cü Təhlükəsizlik Konfransında iştirak edir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın Münhen şəhərində keçirilən 44-cü Təhlükəsizlik Konfransında iştirak edir
# 10 fevral 2008 10:44 (UTC +04:00)
APA-nın məlumatına görə, konfransda iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Litva, Serbiya, Moldova və Albaniyanın XİN başçıları, eləcə də ABŞ nümayəndə heyətinin üzvləri ilə görüşlər keçirib. Görüşlərdə regional, beynəlxalq məsələlər və ikitərəfli münasibətlər müzakirə edilib. Nazir konfransın mövzuları ətrafında da fikir mübadiləsi aparıb.
E. Məmmədyarov konfransda Avropada sabitlik mövzusunda çıxış edən gürcüstan prezidenti Mixail Saakaşvili, Moldova prezidenti Vladimir Voronin, Makedoniya prezidenti Branko Srvenkovski və Avropa İttifaqı Şurasının prezidenti, Sloveniyanın xarici işlər naziri Dmitri Rupelə çıxışları ilə bağlı suallar verib. Nazir qeyd edib ki, dondurulmuş münaqişələrin həlli Avropanın təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir.
E. Məmmədyarov Almaniyanın Fonex TV telekanalına da müsahibə verib.
Qeyd edək ki, konfrans bu gün öz işini başa çatdıracaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR