Bank Of Baku

Türkiyənin baş naziri Ermənistanı Dağlıq Qarabağı işğaldan azad etməyə çağırıb

Türkiyənin baş naziri Ermənistanı Dağlıq Qarabağı işğaldan azad etməyə çağırıb
# 10 fevral 2008 11:27 (UTC +04:00)
APA-nın məlumatına görə, Ərdoğan xüsusi qonaq qismində qatıldığı konfransda açılış nitqi ilə çıxış edib. Çıxışını bitirdikdən sonra Oskanyan ondan Türkiyənin Ermənistanla diplomatik əlaqələr qurmamasının səbəbini soruşub: “Aramızda diplomatik əlaqələr yoxdur, sərhədlərimiz bağlıdır. Səbəbini soruşduğumuz zaman həmişə 1915-ci ildə yaşanan soyqırımla bağlı problemləri və Dağlıq Qarabağ məsələsini əsas gətirirsiniz. Amma sizinlə müharibə şəraitində deyilik. Bunları oturub nədən müzakirə etmirik? Niyə diplomatik əlaqə qura bilmirik? Bununla bağlı bizim ön şərtimiz yoxdur”.
Ərdoğan erməni nazirin sualına çox sərt cavab verib. O bildirib ki, baş nazir olduqdan sonra Ermənistanla hava yükdaşımaları əlaqələrini bərpa edib: “Ermənistana mesaj olsun deyə Akdamar adasındakı uçulmuş erməni kilsəsini bərpa edib, erməni vətəndaşlarımızın xidmətinə verdik. Digər tərəfdən, hazırda Türkiyədə bizim vətəndaşımız olmayan 40 min erməni var. Niyə bunlar mənim ölkəmə qaçıb gəlirlər? Vətəndaşımız olan ermənilərlə bir problemimiz yoxdur. Amma Ermənistan və dünyanın bir çox ölkələrindən ermənilərin qaçıb Türkiyəyə gəlməsinin hesabını özünüzə sorun. Çünki Türkiyə bir barış ölkəsi!”
Ərdoğan Ermənistanı işğal etdiyi Dağlıq Qarabağdan çəkilməyə də çağırıb: “Bütün dünya Dağlıq Qarabağda Ermənistanı işğalçı olaraq tanıyır. Qarabağı tərk edin! Orada yaşayan minlərlə, on minlərlə, yüz minlərlə azəri gəlib orda yaşasın. Bunlar da bizim soydaşlarımız. Buna niyə dözümlü yanaşmırsınız? Buna dözümlü yanaşın ki, dünyada sülh işinə töhfəniz olsun. Kimin kimləri yurd-yuvasından didərgin saldığını, kimin soyqırımda bulunduğunu Qarabağ olayları çox açıq şəkildə ortaya qoyur”.
Sonda Ərdoğan bir daha Ermənistanı soyqırım iddialarından vaz keçməyə və ya 1915-ci il olayları ilə bağlı arxivləri açmağa, birgə araşdırma aparmağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR