Uilyam Toll: “Azərbaycanlı məcburi köçkünlərin öz yurduna qayıdışı könüllülük əsasında həyata keçirilməlidir” - EKSKLÜZİV
- Bu, çox mühüm sualdır, çünki indiki situasiyada bizim Azərbaycanda humanitar yardımın bölüşdürülməsi məsələsinə münasibətimiz dəyişməyib. Demək istəyirəm ki, bizim kömək hökumətin yardımına əlavə kimi olacaq. Çünki Azərbaycan hökuməti ölkədə yaşayan məcburi köçkünlərə yardım istiqamətində çox böyük işlər görür. Məsələn, ötən il dövlət büdcəsindən bu kateqoriya insanlar üçün ayrılan yardımın miqdarı 200 milyon dollar təşkil edib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycanda həyata keçirdiyi layihələrə gəldikdə, məsələn, biz Sumqayıtda məcburi köçkünlərin məskunlaşdığı bir neçə binanı təmir etmişik. Bu iş üçün təqribən 500 min dollar vəsait xərclənib. Bu il biz məcburi köçkünlərə hüquqi yardım mərkəzlərinin sayını artırmaq niyyətindəyik. Bildiyiniz kimi, məcburi köçkünlər Azərbaycanda bir çox hüquqlara malikdirlər, amma elə situasiyalar olur ki, onlar hüquqi yardıma ehtiyac duyurlar, biz onlara öz hüquqlarını qorumaq üçün hara müraciət etməklə bağlı məsləhətlər veririk. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının qaçqınlara göstərdiyi yardıma gəlincə, əlbəttə ki, mən “üçüncü ölkələr”dən Azərbaycana gəlmiş qaçqınları nəzərdə tuturam. Onların sayı təxminən 3 min nəfərdir.
- Ermənistandan olan qaçqınlar necə, artıq yardım almırlar?
- Onlara bir zamanlar humanitar yardım göstərilib. Amma artıq 10 ilə yaxındır ki, Ermənistanda olan azərbaycanlı qaçqınlar Azərbaycan vətəndaşlığını qəbul ediblər, ölkənin tamhüquqlu vətəndaşları kimi cəmiyyətə tam inteqrasiya olunublar. Buna görə də onlar digər vətəndaşlarla birgə özlərinin bütün hüquqlarından istifadə edirlər. Sosial yardıma ehtiyacı olanlar isə bu yardımı dövlətdən alır.
- BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycanda “üçüncü ölkələr”dən olan qaçqınlara ayırdığı yardımın həcmi nə qədərdir?
- Bu rəqəm bir qədər böyükdür, təqribən 900 min dollar. Bu məbləğin bir hissəsi həmin kateqoriya qaçqınlara zəruri tibbi yardımın göstərilməsi üçün sərf olunur, çünki onlar dövlət səhiyyə xidmətlərindən istifadə etmirlər. Xarici ölkələrdən gələrək Azərbaycanda məskunlaşmış qaçqınların hüquq statusu ilə bağlı qeyri-müəyyənlik var, bu, onlara dövlət tibb müəssisələrinə müraciət etməyə imkan vermir. Bu, ciddi problemdir, çünki bu kateqoriya insanlar arasında güclü stress vəziyyəti keçirən və reabilitasiyaya ehtiyacı olanlar az deyil. Biz həmçinin bu qaçqınların təhsil alan övladlarına da yardın göstəririk. Bizim dəstəyimizlə qaçqın qadın və uşaqların təhsil aldığı xüsusi mərkəz yaradılıb. Ofisimiz Azərbaycan hökumət yanında qaçqın statusunun müəyyənləşdirilməsi departamenti ilə əməkdaşlıq edərək qaçqınların təhsil üçün zəruri avadanlıqlarla təchiz olunmasına, onların peşə səviyyəsini artırmaq üçün seminar və treninqlərdə iştirakına yardım edirik.
- Azərbaycana hansı xarici ölkələrdən daha çox qaçqın axını var və bu emiqrasiyanın səbəbləri nədir?
- Bu sualı cavablandırarkən “qonşu dövlətlər” anlayışı ilə kifayətlənmək istərdim. Səbəblərə gəlincə, qeyd etmək istəyirəm ki, “qaçqın” termini ilk növbədə ölkəsini orada gedən hərbi əməliyyatlar səbəbilə tərk etmiş, yaxud öz ölkəsində dini, irqi və siyasi baxışlarına görə təqib olunan şəxslərə şamil edilir.
- Bəs bu qaçqınlar arasında Azərbaycandan başqa ölkəyə emiqrasiya etmək istəyənlərin sayı çoxdurmu?
- Bu insanların böyük əksəriyyəti doğurdan da Azərbaycandan digər xarici ölkələrə emiqrasiya etmək istəyir. Amma problemin çətinliyi odur ki, qaçqınları qəbul edəcək ölkələr seçim məsələsinə xüsusi diqqət yetirirlər. Məsələn, biz 100 qaçqın ailəsinin sənədlərini Kanada hökumətinə təqdim edə bilərik, onlar isə yalnız 5 ailəni qəbul etməyə razılıq verə bilərlər. Bir çox qaçqınlar sənədlərini geri qaytardığımıza görə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığını bürokratik əngəllərdə, qeydiyyat prosesini ləngitməkdə, onların başqa ölkələrə emiqrasiya etməsini əngəlləməkdə ittiham edir. Əslində isə bu qaçqınları qəbul edib-etməmək barədə yekun qərarı biz deyil, həmin dövlətlərin özləri verirlər. Bizim ofis yalnız sənədlərin hazırlanması ilə məşğul olur, əgər biz bu qaçqının başqa ölkəyə emiqrasiyasının zəruriliyi barədə əsas tapsaq, onun sənədlərini konkret ölkəyə göndəririk. Amma son qərarı yenə də həmin dövlət verir.
- Bu günlərdə erməni əsirliyində olan Azərbaycan hərbçisi Samir Məmmədov üçüncü ölkəyə təhvil verildi. Siz, “üçüncü ölkə”yə təhvilvermənin prosedurasını izah edə bilərsinizmi? Samir Məmmədovun hazırda hansı ölkədə olduğunu deyə bilərsinizmi?
- BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən üçüncü ölkəyə təhvilvermə o zaman həyata keçirilir ki, həmin şəxs bizim himayəmizdə olsun. Bu məsələdə yenə də son qərarın verilməsi həmin şəxsi qəbul edəcək üçüncü ölkənin səlahiyyətində olur. Sizin dediyiniz məsələyə gəldikdə isə, bizim bu hadisə ilə heç bir əlaqəmiz yoxdur, bu səbəbdən də həmin məsələyə şərh verə bilməyəcəyəm.
- Azərbaycanda məskunlaşmış çeçen qaçqınların sayı ümumi qaçqınların sayının yenə də ən böyük hissəsini təşkil edir?
- Çeçenlər ümumi qaçqınların yenə də əksəriyyətini təşkil etməkdədir. Düzdür, 3-4 il əvvəl Azərbaycanda 10 min çeçen qaçqını yaşayırdısa, indi onların sayı 2 min nəfərə yaxındır. Onların əksəriyyəti vətəninə qayıtmağı məqbul saymayan insanlardır. Bu insanların yerləşməsində göstərdiyi köməyə və onları geri qayıtmağa məcbur etmədiyinə görə Azərbaycan hökumətinə minnətdarlığımızı bildiririk. Qeyd etmək lazımdır ki, hazırda çeçen qaçqınların böyük əksəriyyəti Qərbi Avropa ölkələrindədir və yerli hökumətlər onları daimi yaşayış yerinə qaytarmağa cəhdlər edir. Azərbaycan hökuməti isə hüquqi statusun müəyyənləşməsi, dünyaya gələn çeçen uşaqlarının qeydiyyata alınması, onların yaşayış səviyyəsinin pis olması ilə bağlı problemlərə baxmayaraq, çeçen qaçqınların ölkə ərazisində qalmasına imkan verir.
- Rusiya hakimiyyət orqanları necə, Azərbaycanda yaşayan çeçen qaçqınları geri qaytarmaq üçün artıq cəhdlər göstərmir?
- Bir zamanlar Rusiya hökuməti İnquşetiya və Gürcüstandakı çeçen qaçqınların geri qaytarılması istiqamətində aktiv siyasət yürüdürdü. Amma bu siyasət real nəticələr vermədi. Rusiya səfirliyi ilə əməkdaşlıq etdiyimizə görə bilirəm ki, bu dövlət çeçen qaçqınların vətənə qayıtması istiqamətində işi davam etdirmək niyyətində deyil.
- Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi münaqişə dövründən sonra azərbaycanlı məcburi qaçqınlara yardım göstərilməsi ilə bağlı proqram hazırlayır. Hazırda bu iş hansı mərhələdədir?
- BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bu proqramın hazırlanmasında Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə yardım göstərib. Komitə fəaliyyət planı hazırlayıb, biz isə öz növbəmizdə bu sənədi planın həyata keçirilməsinə cəlb edilə biləcək beynəlxalq təşkilatlarla razılaşdırmışıq. Hesab edirəm ki, proqram hazır olduqdan sonra Dövlət Komitəsi beynəlxalq təşkilatların iştirakı ilə bu məsələyə həsr olunmuş xüsusi toplantı keçirməlidir.
- Bu proqram hansı müddətə hesablanıb və hansı növ yardımları nəzərdə tutulur?
- Yəqin ki, mənimlə razılaşacaqlar, hesab edirəm ki, bu, insanların qayıdışına dair kütləvi təşəbbüs olacaq. Bizim üçün mühüm olan odur ki, bu proqramda məcburi köçkünlərin öz vətənlərinə qayıtmasının bütün detalları, o cümlədən onların hüquqları və maddi təminatı ilə bağlı məsələlər öz əksini tapsın. Məsələn, biz hesab edirik ki, qayıdış könüllü, heç bir məcburiyyət olmadan həyata keçirilməlidir. Məsələn, məcburi köçkün Bakıda yaşayır və işləyirsə və öz vətəninə 5 ildən sonra qayıtmağı planlaşdırırsa, bu fakt mütləq nəzərə alınmalıdır. Prosesin iqtisadi aspektləri də vacibdir bu şəxs harada yaşayacaq, harada işləyəcək və s. Beynəlxalq birliyin bu prosesdə iştirak etməsi üçün Dövlət Komitəsi qeyd etdiyim detalları mütləq nəzərə almalıdır.
Daxili siyasət
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb
Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Xəbər Lenti
Sahibkarlıq subyektlərinin güzəştli kreditlərlə maliyyələşdirilməsi qaydası təsdiqlənib
Bakıda COVID-ə yoluxanlara yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib
Azərbaycan Rusiyanın axtarışa verdiyi Qırğız vətəndaşını təhvil verib
Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı hücum əməliyyatlarının gücləndiriləcəyini bildirib
Baş Prokurorluğun sorğusu üzrə axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib
Göygöldə Milli Mətbuat Günü qeyd olunub, APA-nın əməkdaşı təltif edilib
Tramp: İran bu andan Hörmüz boğazında hər hansı gəmiyə atəş açarsa, ABŞ körpü və ya elektrik stansiyalarını vuracaq
Dələduzluq ittihamı ilə axtarışa verilən şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
Ermənistanda müxalifət liderlərindən Andranik Tevanyanın həbs müddəti daha iki ay uzadılıb
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edilib - FOTO
Vətəndaşlar artıq “mygov” üzərindən vəkil və bank etibarnaməsi verə biləcəklər
Diplomatiyanın səssiz dili: Azərbaycan Avropaya açılan yeni strateji qapıdır - Berlin təəssüratları
Lənkəranda avtomobil yol kənarında ticarətlə məşğul olan şəxsi vuraraq öldürüb - FOTO
Özbəkistan Baş prokuroru Kəlbəcər və Gəncədə olub
Bakıda avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanılıb
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil
“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
SEPAH ABŞ-nin İordaniyadakı bazalarına hücum edib, ölən və yaralananların olduğu bildirilir
İRNA: Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
“AzerGold” QSC-də işə qəbulla bağlı növbəti kütləvi test imtahanı keçirilib
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Azərbaycanla Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edib
Xarici dil üzrə 2027-ci ildə tətbiq olunacaq imtahan modeli ilə bağlı metodik tövsiyyələr açıqlanıb
Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq
Rubio Lavrovla görüşəcəyini təsdiqləyib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıb
Rauf Arifoğlu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin nizamnaməsi təsdiqlənib
“Əkinçi”dən rəqəmsal mediaya: Azərbaycan mediasının 151 illik şərəfli inkişaf yolu - TƏHLİL
Ankarada təlim helikopterinin qəzaya uğraması nəticəsində polkovnik ölüb - YENİLƏNİB
Ukraynanın Yaltada yaşayış binasına dron zərbəsi nəticəsində 17 nəfər yaralanıb
Kiberpolis hüquqi şəxslərin biznes hesablarına kiberhücum edən şəxsi saxlayıb - VİDEO
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapılıb
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
Serbiya nümayəndə heyəti Azərbaycanda səfərdə olub
“La Dépêche de Kanaky” nəşri: Bakı bəhanədir, əsas məsələ Fransanın bitməyən müstəmləkəçiliyidir
Lənkəranda Milli Mətbuat Günü qeyd olunub - FOTO
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi məzunlarının işə qəbul faizi 90%-ə yaxınlaşıb
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd edib - FOTO
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
"Arzum 9999" ləqəbli tiktoker ev dustaqlığına buraxılıb
Sabahın hava proqnozu açıqlanıb
Gecikdirilmiş 422,8 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub
Azercell Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib