Bank Of Baku

Arif Hacılı: “Bitərəf komissiya üzvlərindən yarısının hakimiyyət, yarısının isə müxalifət tərəfindən təyin olunmasına razıyıq”

Arif Hacılı: “Bitərəf komissiya üzvlərindən yarısının hakimiyyət, yarısının isə müxalifət tərəfindən təyin olunmasına razıyıq”
# 11 fevral 2008 09:48 (UTC +04:00)
Bakı. Fərid Əkbərov - APA. “Altı bitərəf komissiya üzvündən üçünün hakimiyyət, üçünün müxalifət tərəfindən təyin olunması razılaşdırılsa, bu təklifi qəbul etmək mümkündür”. Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. O bildirib ki, bu prinsip bütün seçki komissiyalarına aid edilməli və komissiyaların vəzifəli şəxslərinin seçilməsində də bu paritetə əməl olunmalıdır: “Parlamentə təqdim olunan seçki qanunvericiliyi layihəsində bu məsələ gündəmə gətirilməyib. Ancaq bitərəflərin hakimiyyət və müxalifətin arasında bölüşdürülməsi təklifi olub və biz də bununla razıyıq”. A. Hacılı hakimiyyətin bu təkliflə razılaşıb-razılaşmadığından xəbərsizdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR