Bank Of Baku

Azərbaycan MSK üzvləri Rusiyada keçiriləcək prezident seçkilərinin gedişini müşahidə edəcəklər

Azərbaycan MSK üzvləri Rusiyada keçiriləcək prezident seçkilərinin gedişini müşahidə edəcəklər
# 11 fevral 2008 13:48 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) bu ölkədə martın 2-də keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün Azərbaycan Mərkəzi Seçki Komissiyasına (MSK) dəvət göndərib. MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rovzət Qasımovun APA-ya verdiyi məlumata görə, bu dəvət iki ölkənin müvafiq qurumları arasında imzalanmış əməkdaşlıq sazişinə əsasən edilib. O, davamlı olaraq Azərbaycanda keçirilən seçkilərin Rusiya seçki komissiyalarının üzvləri, Rusiyadakı seçkilərin isə Azərbaycan seçki komissiyalarının üzvləri tərəfindən izləndiyini deyib. Hələlik Moskvaya gedəcək nümayəndə heyətinin tərkibinin müəyyənləşmədiyini deyən R. Qasımov bunun yaxın günlərdə dəqiqləşəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR