Bank Of Baku

“Seçkiöncəsi vəziyyət və seçki məcəlləsinə dəyişikliklər” mövzusunda dəyirmi masa keçirilib

“Seçkiöncəsi vəziyyət və seçki məcəlləsinə dəyişikliklər” mövzusunda dəyirmi masa keçirilib
# 11 fevral 2008 13:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədov-APA. Demokratik Seçki Mərkəzinin (DSM) təşəbbüsü ilə “Seçkiöncəsi vəziyyət və seçki məcəlləsinə dəyişikliklər” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bildirib ki, DSM seçkiöncəsi mühitin demokratikləşməsinin və Seçki Məcəlləsində dəyişikliklərin tərəfdarıdır. Azadlıq Partiyasının sədri Əhməd Oruc seçki öncəsi siyasi partiyaların fəaliyyətinə əngəllər yaradıldığını deyib: “Demokratiya Uğrunda İttifaqa daxil olan partiya sədrlərinə fevralın 3-də Bərdə və Gəncəyə, fevralın 10-da isə Salyan rayonuna daxil olmağa polis tərəfindən imkan verilməyib. Avropanın demokratik təsisatlarının Azərbaycandakı nümayəndəliklərinin bu hadisəyə heç bir reaksiya verməməsi də qurumların hakimiyyətlə bazarlaşmasının nəticəsidir. Bəzi müxalifət partiyaları da həmin mövqeyi nümayiş etdirib”. Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu isə səslərin sayılması prosesində saxtakarlığa yol verildiyini deyib. Onun sözlərinə görə, müxalifət ya birləşməli və mübarizə aparmalı, ya da total boykot mövqeyi tutmalıdır. Böyük Quruluş Partiyasının başqanı Fazil Qəzənfəroğlu DSM-in fəaliyyətinin genişləndirməsinin zəruriliyindən də danışıb: “Müxalifət öz arasında münasibətlərini istiləşdirməlidir. Əks təqdirdə ölkədə demokratik seçki mühitinə nail olmaq mümkün olmayacaq”. Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan seçki komissiyalarının formalaşmasında paritet tərəfdarı olduqlarını deyib. Tədbirdə DSM adından yayılan açıqlamada isə bildirilib ki, seçki qanununda dəyişikliklərlə bağlı hakimiyyətlə Venesiya Komissiyası arasında aparılan danışıqlarda müxalifətin də iştirakı təmin olunmalı, seçki komissiyaları isə siyasi partiyaların irəli sürdüyü namizədlər arasında püşkatma yolu ilə seçilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR