Bank Of Baku

BAXCP Türkiyə hökumətini Ermənistanla bağlı qərarlarına yenidən baxmağa çağırıb

BAXCP Türkiyə hökumətini Ermənistanla bağlı qərarlarına yenidən baxmağa çağırıb
# 11 fevral 2008 14:23 (UTC +04:00)
Bakı.Ramil Məmmədov-APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyətinin toplantısı keçirilib. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Xocalı soyqırımının 16-cı ildönümü və işğal altında olan Azərbaycan ərazilərinin azad edilməsi məqsədilə aparılan sülh danışıqları ilə bağlı müzakirələr aparılıb. İdarə Heyəti hesab edib ki, Xocalı soyqırımının ildönümü ərəfəsində Milli Məclis özünün bir neçə iclasını bu qanlı hadisəyə və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müzakirələrə həsr etməlidir. BAXCP Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın Münhen konfransında Türkiyə-Ermənistan əlaqələri ilə bağlı fikirlərinə də münasibət bildirib: “Türkiyə Ermənistan arasında yük daşınmalarının həyata keçirilməsi, bu ölkənin fiziki və hüquqi şəxslərinin biznes və digər sahələrdə fəaliyyət göstərmələri üçün rəsmi Ankara tərəfindən müvafiq imkanların yaradılması İrəvanın təcavüzkar siyasətini daha kəskin şəkildə davam etdirməsinə zəmin yaradır”. BAXCP Türkiyə hökumətini öz qərarlarına yenidən baxmağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR