Bank Of Baku

Azərbaycan Ədalət Partiyasının sədri özünə iki müavin təyin edib

Azərbaycan Ədalət Partiyasının sədri özünə iki müavin təyin edib
# 11 fevral 2008 14:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Ədalət Partiyasının sədri İlyas İsmayılov özünə iki müavin təyin edib. Yenidən müavin təyin olunmuş Mütəllim Rəhimlinin APA-ya verdiyi məlumata görə, partiya sədri onun təşkilati məsələlər, Elxan Şükürlünün isə mətbuat və informasiya məsələləri üzrə müavin təyin edilməsi haqqında sərəncam imzalayıb. M. Rəhimli bildirib ki, yaxın günlərdə partiya sədri digər müavinləri də təyin edəcək. O, İ. İsmayılovun müavin korpusunda yenilik edəcəyini, bəzi müavinlərin dəyişdirilməsinin nəzərdə tutulduğunu deyib. Qeyd edək ki, partiya sədrinin indiyədək 7 müavini olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR