Bank Of Baku

Azərbaycan müxalifət partiyasının sədri: “Eldar Namazov kütləvi aksiya keçirmək iqtidarında deyil”

Azərbaycan müxalifət partiyasının sədri: “Eldar Namazov kütləvi aksiya keçirmək iqtidarında deyil”
# 11 fevral 2008 15:38 (UTC +04:00)
Azərbaycan Naminə İctimai Forumun (ANİF) prezidenti Eldar Namazovun siyasətlə az məşğul olduğunu deyən S. Cəlaloğlunun fikrincə, keçmiş dövlət katibi daha çox nəzəri siyasətə üstünlük verir: “Ona görə də Eldar Namazov mitinq məsələlərini dərindən bilmir, bu işin nə qədər ağır, məsuliyyətli olmasının fərqinə varmır. Görünür, yüksək əhval-ruhiyyə ilə bu prosesə girişib. İllərlə bu işlə məşğul olan adam kimi bilirəm ki, kütləvi aksiya keçirmək üçün nə qədər ideoloji təbliğat, təşkilatçılıq lazımdır. Bütün bunları nəzərə alaraq deyirəm ki, Eldar Namazov kütləvi aksiya keçirə bilməz. Radikallığın nə olduğunu bilməyənlər, praktikada tətbiq etməyənlər, bu gün partiyaları qeyri-fəallıqda günahlandırırlar. Özünü müxalifətin əsas güc mərkəzlərindən biri hesab edən Eldar Namazov müxalifəti fəal olmamaqda ittiham edir. Məntiqlə desək, biz heç birimiz fəal deyilik. Şəxsən, mənim mövqeyim ondan ibarətdir ki, kütləvi aksiyaların keçirilməsi bizə heç bir uğur gətirə bilməz. Hesab edirik ki, indiki zamanda qeyri-ənənəvi üsullardan istifadə etmək daha məqsədəuyğundur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR