“NABUCCO” VƏ “ERMƏNİ MƏSƏLƏSİ” TƏHLİL
Beləliklə indi dəyəri 5 milyard avro olan “Nabucco” layihəsi üzrə konsorsiumun 6 üzvü var: “OMV” (Avstriya), “MOL” (Macarıstan), “Transgaz” (Rumıniya), “Bulgargaz” (Bolqarıstan), “Botaş” (Türkiyə) və “RWE” (Almaniya). Hər bir tərəfdaş şirkət qaz kəmərini idarə edəcək “Nabucco Gas Pipeline International” şirkətində 16,67% paya malik olacaq. Avropa Xəzər regionundan Türkiyə və Balkanlar üzərindən Avstriyaya qədər qaz nəql edəcək bu boru xətti vasitəsilə Rusiyadan enerji asılılığını azaltmağa ümid edir. Avstriyanın iqtisadiyyat və əmək naziri Martin Bartenştaynın fikrincə, "Nabucco” regiondakı başqa layihələrə alternativ olmayıb onları tamamlayır. Burada söhbət əlbəttə ki, keçən aya damğasını vurmuş Rusiyanın “Cənub axını” kəməri layihəsindən gedir. "”Nabucco” Bolqarıstan üçün ilkin prioritet olaraq qalacaq. Bolqarıstanın iqtisadiyyat və enerji naziri Petar Dimitrov bəyan edib ki, “Cənub axını” layihəsinin “Nabucco” ilə rəqabətə girəcəyini zənn etmir.
Hadisələrin gedişi onu göstərir ki, doğrudan da “RWE”nin addımı başqalarını da həvəsləndirib. Bu, Fransanın “Gaz de France” şirkəti olub. Hələ fevralın 4-də Buxarestə rəsmi səfəri Fransanın dövlət başçısı Nikola Sarkozi bu məsələni gündəmə gətirib. Rumıniya prezidenti Trayan Basesku isə Buxarestin həmin şirkəti 7-ci tərəfdaş kimi qəbul etməyə etiraz etmədiyini bildirib. Eyni fikirlər fransız lideri ilə görüşdə Rumıniyanın baş naziri Kalin Popesku-Tariçanunun dilindən də səslənib. “Gaz de France”nin (GDF) üzvlük üçün sənədlərini təqdim etməsi N. Sarkozinin tarixi vətəni olan Macarıstan tərəfindən də dəstək qazanıb. Dövlət şirkəti olan “MOL Gas Midstream”ın direktoru Benjamin Lakatoş verdiyi açıqlamada məsələyə aydınıq gətirib: “Fikrimizcə həm “RWE”, həm də “Gaz de France”, Avropa şirkətləri və hökumətləri tərəfindən güclü iqtisadi və siyasi dəstəyə ehtiyac duyan “Nabucco”ya dəyər qatacaqlar. “Gaz de France” enerji sektorunun ən böyük şirkətlərindən biridir”. Digər tərəfdən Avstriya da Fransanın namizədliyinə mənfi münasibət bəsləmir.
Bununla bərabər artıq konsorsiumun 3 üzvünün Fransanı dəstəkləməsi digər tərəfdaş olan Türkiyəyə az təsir edib. Məsələ burasındadır ki, “Nabucco” konsorsiumu çərçivəsində bütün qərarlar konsensus yolu ilə qəbul edilir və bundan istifadə edən Ankara qondarma “erməni soyqırımı”na dair mövqeyinə və Türkiyənin Aİ-yə yolunu bağlamasına görə intiqam almaq imkanı əldə edib. Türkiyə İqtisadiyyat Nazirliyinin rəsmisi bildirib ki, söhbət başqa şeydən getsəydi, Ankara fransız qrupunun enerji sahəsində təcrübəsini nəzərə alıb, güzəştə gedə bilərdi: “Türkiyə enerjidən siyasi alət kimi istifadə etmir. Amma Fransa tarixdə qalmalı olan 1915-ci il hadisələrinə, eləcə də Aİ və başqa birgə layihələrə dair qəbuledilməz mövqe tutur”. Türkiyə hələ başlanğıcdan rəsmi Parisin qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan sənədi qəbul etməsini əldə rəhbər tutub GDF-nin “Nabucco” kəməri layihəsində iştirakını rədd etmişdi. İndi isə Fransa prezidenti N. Sarkozinin 70 milyonluq müsəlman yoxsul ölkənin “həzm olunmasının” çətinliyi barədə fikri və Türkiyəyə Aİ üzvlüyü yerinə imtiyazlı tərəfdaşlıq təklif etməsi vəziyyəti daha da ciddiləşdirib. Türkiyə rəsmisi deyib ki, 6 şirkət qaz kəmərinin inşası və istismarı üçün kifayətdir: “Amma Türkiyə təbii qaz istehsalçısı olan bir ölkəni təmsil edərsə, yeddinci tərəfdaşı qəbul etməyə hazırdır”. Analitiklər Ankaranın bu açıqlama ilə topu Azərbaycana tərəf ötürdüyünü qeyd edirlər.
“Nabucco” konsorsiumunun əsas operatoru sayılan “OMV”nin baş direktoru Volfqanq Ruttenştorfer də eyni fikirdədir: “Konsorsium yeddinci tərəfdaşın da üzünə açıqdır, amma hazırda bu prioritet deyil. Yalnız 2010-cu ildə işlər başlayandan sonra bu baş tuta bilər”. GDF-nin cavabı özünü çox gözlətməyib. Artıq fevralın 7-də şirkətin mətbuat katibi “Nabucco” konsorsiumunun üzvlüyünə namizədliklərinin rədd olunması barədə məlumatlandırıldıqlarını deyib: “Biz, namizədliyimizin rədd olunması barədə aktı qəbul etmişik. “Gaz de France” qaz təchizatının təhlükəsizliyi üçün Avropanın müxtəlif bölgələrindəki layihələrə qoşulmaqda olduqca maraqlıdır”. GDF əslində alman qrupunun əvəzinə konsorsiuma üzv olmaq istəsə də, indi yeddinci tərəfdaş olmağa iddia edir. Bütün bu variantlardan əli boşa çıxacağı təqdirdə isə fransız şirkəti “Nabucco”nun rəqibi olan “Cənub axını” qaz kəməri layihəsinə qoşulmaq niyyətindədir.
Bütün bunlar Avropadakı kəmər müharibəsinin arxasında qitənin qaz ehtiyaclarının dörddə birini ödəyən Rusiyadan enerji asılılığını azaltmaqla yanaşı, başqa dərin səbəblərin dayandığını göstərir. “Cənub axını” və “Nabucco” layihələri arasında manevr edən, başqa sözlə Rusiyaya nifrət etmək, yoxsa onu sevməyi özü üçün dəqiqləşdirməkdə çətinlik çəkən Bolqarıstan və Macarıstanın “enerji aclığı” başa düşülsə də, Fransanın seçimində tamamilə başqa arqumentlərin rol oynadığı aydındır.
Daxili siyasət
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb
Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Xəbər Lenti
Sahibkarlıq subyektlərinin güzəştli kreditlərlə maliyyələşdirilməsi qaydası təsdiqlənib
Bakıda COVID-ə yoluxanlara yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib
Azərbaycan Rusiyanın axtarışa verdiyi Qırğız vətəndaşını təhvil verib
Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı hücum əməliyyatlarının gücləndiriləcəyini bildirib
Baş Prokurorluğun sorğusu üzrə axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib
Göygöldə Milli Mətbuat Günü qeyd olunub, APA-nın əməkdaşı təltif edilib
Tramp: İran bu andan Hörmüz boğazında hər hansı gəmiyə atəş açarsa, ABŞ körpü və ya elektrik stansiyalarını vuracaq
Dələduzluq ittihamı ilə axtarışa verilən şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
Ermənistanda müxalifət liderlərindən Andranik Tevanyanın həbs müddəti daha iki ay uzadılıb
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edilib - FOTO
Vətəndaşlar artıq “mygov” üzərindən vəkil və bank etibarnaməsi verə biləcəklər
Diplomatiyanın səssiz dili: Azərbaycan Avropaya açılan yeni strateji qapıdır - Berlin təəssüratları
Lənkəranda avtomobil yol kənarında ticarətlə məşğul olan şəxsi vuraraq öldürüb - FOTO
Özbəkistan Baş prokuroru Kəlbəcər və Gəncədə olub
Bakıda avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanılıb
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil
“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
SEPAH ABŞ-nin İordaniyadakı bazalarına hücum edib, ölən və yaralananların olduğu bildirilir
İRNA: Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
“AzerGold” QSC-də işə qəbulla bağlı növbəti kütləvi test imtahanı keçirilib
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Azərbaycanla Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edib
Xarici dil üzrə 2027-ci ildə tətbiq olunacaq imtahan modeli ilə bağlı metodik tövsiyyələr açıqlanıb
Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq
Rubio Lavrovla görüşəcəyini təsdiqləyib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıb
Rauf Arifoğlu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin nizamnaməsi təsdiqlənib
“Əkinçi”dən rəqəmsal mediaya: Azərbaycan mediasının 151 illik şərəfli inkişaf yolu - TƏHLİL
Ankarada təlim helikopterinin qəzaya uğraması nəticəsində polkovnik ölüb - YENİLƏNİB
Ukraynanın Yaltada yaşayış binasına dron zərbəsi nəticəsində 17 nəfər yaralanıb
Kiberpolis hüquqi şəxslərin biznes hesablarına kiberhücum edən şəxsi saxlayıb - VİDEO
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapılıb
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
Serbiya nümayəndə heyəti Azərbaycanda səfərdə olub
“La Dépêche de Kanaky” nəşri: Bakı bəhanədir, əsas məsələ Fransanın bitməyən müstəmləkəçiliyidir
Lənkəranda Milli Mətbuat Günü qeyd olunub - FOTO
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi məzunlarının işə qəbul faizi 90%-ə yaxınlaşıb
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd edib - FOTO
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
"Arzum 9999" ləqəbli tiktoker ev dustaqlığına buraxılıb
Sabahın hava proqnozu açıqlanıb
Gecikdirilmiş 422,8 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub
Azercell Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib