Bank Of Baku

Millət vəkili Qənirə Paşayeva Qərb bölgəsində yerləşən “N” saylı hərbi hissədə əsgərlərlə görüşüb

Millət vəkili Qənirə Paşayeva Qərb bölgəsində yerləşən “N” saylı hərbi hissədə əsgərlərlə görüşüb
# 12 fevral 2008 08:09 (UTC +04:00)
Tovuz. Şəmkir. Ayxan Hüseynov-APA. Millət vəkili Qənirə Paşayeva Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə əsgərlərlə görüşüb. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, görüşdə millət vəkili ilə yanaşı bəstəkar Aygün Səmədzadə, gənc müğənnilər Ayaz Qasımov və Fidan Süleymanova da iştirak edib. Hərbçilər qarşısında çıxış edən Qənirə Paşayeva onlara vətən qarşısında borclarını yerinə yetirməkdə uğurlar arzulayıb. Tədbir zamanı əsgərlər arasında ən yeni tariximizə dair suallardan təşkil olunmuş viktorina keçirilib. Müsabiqənin qalibləri “Rabitə Tikinti” Açıq Tipli Səhmdar Cəmiyyətinin direktoru Namazalı Məmmədov tərəfindən 100 manat məbləğində pul və bəstəkar Aygün Səmədzadənin mahnılardan ibarət disklə mükafatlandırılıblar. Daha sonra müğənnilər Ayaz Qasımov və Fidan Süleymanova əsgərlər qarşısında musiqi nömrələri ilə çıxış ediblər. Millət vəkili həmçinin Şəmkir rayonunda yerləşən hərbi hospitala da baş çəkib. Burada çıxış edən Qənirə Paşayeva əsgərlərə tez bir zamanda sağalıb öz əsgəri borclarını layiqincə yerinə yetirmələrini diləyib. Hərbi hospitalda da müğənnilərin iştirakı ilə konsert proqramı nümayiş etdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR