Bank Of Baku

Səfa Mirzəyev: “Artıq Azərbaycan Seçki Məcəlləsi ilə bağlı narahatedici və fikir ayrılığına səbəb olan məqamlar yoxdur”

Səfa Mirzəyev: “Artıq Azərbaycan Seçki Məcəlləsi ilə bağlı narahatedici və fikir ayrılığına səbəb olan məqamlar yoxdur”
# 12 fevral 2008 08:18 (UTC +04:00)
Bu sözləri APA-ya eksklüziv açıqlamasında Azərbaycan Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib. Aparat rəhbəri fevralın 7 və 8-də Bakıda Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı Avropa Şurasının Venesiya Komissiyası ilə birlikdə keçirilən müzakirələr zamanı sənəddə mövcud olan texniki məsələlərin həllini tapdığını bildirib. Onun sözlərinə görə, buraya seçki siyahılarının düzgün tərtib edilməsi, şikayətlərə baxılması və digər qaydalara aid məsələlər daxildir: “Bu problemlər çox vaxt seçki komissiyalarının məsuliyyətsizliyindən ortaya çıxır. Bunlar bir qədər incə işdir”. S. Mirzəyev hazırda sənəddə təkcə şikayətlərin baxılması ilə əlaqədar yalnız bir texniki məsələnin həll edilməmiş qaldığını bildirib: “Bu məsələ həll edildikdən sonra sənəd müzakirəyə hazır olacaq. Elə etməliyik ki, bu dəfə bizə heç bir irad tutulmasın. Artıq narahatedici və fikir ayrılığına səbəb olan məqamlar yoxdur. Əsas məsələ seçki prosesinə əngəl törədən problemləri aradan qaldırmaq idi”. Seçki komissiyalarının tərkibinin paritet əsaslarla formalaşdırılması ilə bağlı məsələyə gəlincə, MM Aparatının rəhbəri müxalifət partiyalarının toplantıya qatılmaması üzündən onlarla məsləhətləşmələrin aparılmadığını deyib: “Bu məsələ ilə bağlı müzakirələr olmadı. Yenə də deyirəm ki, əsas məsələ Azərbaycan xalqının iradəsini düzgün ifadə etməyə şərait yaratmaqdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR