Bank Of Baku

Novruz bayramı ərəfəsində xarici ölkələrin səfirlərindən ibarət geniş nümayəndə heyəti Azərbaycanın Qərb bölgəsinə səfər edəcək

Novruz bayramı ərəfəsində xarici ölkələrin səfirlərindən ibarət geniş nümayəndə heyəti Azərbaycanın Qərb bölgəsinə səfər edəcək
# 12 fevral 2008 08:26 (UTC +04:00)
Novruz bayramı ərəfəsində xarici ölkələrin səfirlərindən ibarət geniş nümayəndə heyətinin Azərbaycanın Qərb bölgəsinə səfəri planlaşdırılır. APA-nın Qərb bürosunun məlumatına görə, millət vəkili Qənirə Paşayeva artıq səfərin təşkili ilə əlaqədar Xarici İşlər Nazirliyi ilə əməkdaşlığa başladıqlarını bildirib. O, səfirlərin əsasən, Ermənistanla sərhəd bölgələrinə, cəbhə xəttinə səfər edəcəklərini deyib: “Ermənistanın Azərbaycana qarşı törətdiyi vəhşiliklərin nümunələri bizim bölgədə də var. Tovuzun Ağdam kəndində məzarlıq ermənilər tərəfindən yandırılıb. Bundan əvvəl bölgəyə dəvət etdiyimiz səfirlər ermənilərin məzarlıqlarımızı necə yandırdıqlarını öz gözləri ilə gördülər. Onlar ermənilərin evləri dağıtmalarının, atəşkəs rejimini mütəmadi pozmalarının şahidi oldular. Təbii ki, dəvət edəcəyimiz səfirlər sərhədyanı bölgədə olacaq və burada yaşayan insanlarla görüşəcəklər. Eyni zamanda dəvət olunacaq səfirlər Novruz bayramı ərəfəsində bölgənin adət-ənənəsi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR