Bank Of Baku

Siyavuş Novruzov: “Müsavat Partiyasının YAP-la birgə mitinq keçirmək təklifinin arxasında səmimiyyət dayanmır”

Siyavuş Novruzov: “Müsavat Partiyasının YAP-la birgə mitinq keçirmək təklifinin arxasında səmimiyyət dayanmır”
# 12 fevral 2008 08:58 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, son vaxtlar Müsavatın hakimiyyətlə əməkdaşlıqla bağlı verdiyi təkliflər bu partiyanın konstruktiv mövqeyə keçməsi demək deyil: “Əgər bu təkliflərin arxasında səmimiyyət dayansaydı, o zaman belə düşünmək olardı. Bu vaxta qədər biz Müsavatla birdə tədbirlər keçirməmişik. Səmimi təklif olarsa, müzakirə oluna, baxıla bilər”.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Həsən Kərimov isə APA-ya hakimiyyətlə birgə mitinq keçirməyin mümkün olmadığını deyib. Müsavatın dəfələrlə dialoq təklifi etdiyini, amma bunun nəticəsinin olmadığını xatırladan H. Kərimov Xocalı faciəsi ilə bağlı mitinq keçirilməsinin əleyhinə olduğunu da bildirib: “Xocalı faciəsi ümummilli məsələdir, bunu mitinqlə anmaq yox, beynəlxalq səviyyədə təqdim etmək lazımdır. Müsavatın deputat qrupu var, parlamentdə bu məsələni qaldırıb siyasi qiymət verilməsinə nail olmalıdırlar. Yəni YAP-la birgə mitinqin effekti, perspektivi yoxdur, bunun baş tutacağına da inanmıram. Bu təklif də ADP və Müsavatın indiyə kimi irəli sürdükləri digər təkliflər kimi nəticəsiz olacaq”.
Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu isə Xocalı faciəsinin milli məsələ olduğunu deyərək hesab edir ki, Azərbaycanın milli probleminə həssas yanaşan siyasi qüvvə bu təkliflə razılaşmalıdır: “YAP-ın bu təklifə reaksiyası onların milli problemlərə olan münasibətini göstərir”. Digər siyasi qüvvələrin razı olmayacağı halda, M. Cavadoğlu Müsavatın ayrılıqda aksiya keçirəcəyini də istisna etməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR