Bank Of Baku

ADP fevralın 16-da Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyini irəli sürəcək

ADP fevralın 16-da Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyini irəli sürəcək
# 12 fevral 2008 09:25 (UTC +04:00)
Bakı. Fərid Əkbərov-APA. Azərbaycan Demokrat Partiyasının (ADP) fevralın 16-da keçiriləcək Ali Məclisinin iclasında partiya sədri Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyi irəli sürüləcək. Bu barədə APA-ya ADP sədrinin seçki məsələləri üzrə müavini Taliyət Əliyev məlumat verib. Onun sözlərinə görə, partiya üzvlərinin böyük əksəriyyəti S. Cəlaloğlunun prezidentliyə namizədliyini irəli sürmək fikrindədir: “Partiyada yekdil mövqe ondan ibarətdir ki, 2008-ci il prezident seçkilərində öz namizədimizlə iştirak edək”. T. Əliyev iclasda ADP-nin prezident seçkilərində iştirak taktikasının da müzakirə olunacağını söyləyib: “Partiyanın seçkilərdə kimi müdafiə etməsi ilə bağlı konkret siyasi qərar qəbul ediləcək. Bu, siyasi qərar olacaq. Seçkilərə start veriləndən sonra isə rəsmi qərar açıqlanacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR