Bank Of Baku

“Azadlıq” bloku prezident seçkiləri ilə bağlı yekun qərarını mart ayında qəbul edəcək

“Azadlıq” bloku prezident seçkiləri ilə bağlı yekun qərarını mart ayında qəbul edəcək
# 12 fevral 2008 09:49 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Azadlıq” bloku prezident seçkiləri ilə bağlı yekun qərarını mart ayında qəbul edəcək. Bu barədə APA-ya blokun üzvü olan Azərbaycan Xalq Cəbhəsi Partiyasınının (AXCP) sədr müavini Həsən Kərimov məlumat verib. Onun sözlərinə görə, blok Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı aparılan müzakirələrin yekununu gözləyir. O, seçki komissiyalarının tərkibində dəyişikliyin olacağı halda seçkilərə qatılacaqlarını, əks halda isə seçkilərin boykot olunacağını qeyd edib: “Bizim seçkilərlə bağlı hələlik qəti qərarımız yoxdur. Çünki Seçki Məcəlləsi Milli Məclisdə müzakirə edilməyib, Venesiya Komissiyası son rəyini bildirməyib. Hər iki qurumun qanunla bağlı qərarı martda elan olacaq. Bundan sonra biz də müvafiq qərar qəbul edəcəyik”. H. Kərimov bildirib ki, seçki komissiyalarının tərkibi dəyişməsə, o zaman blok kütləvi aksiyalara başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR