Bank Of Baku

Rəsul Quliyevin qardaşı: “Prezident seçkilərində İlham Əliyevə səs verəcəyəm”

Rəsul Quliyevin qardaşı: “Prezident seçkilərində İlham Əliyevə səs verəcəyəm”
# 12 fevral 2008 10:46 (UTC +04:00)
R. Quliyevin özünün namizəd olacağı halda belə İ. Əliyevi dəstəkləyəcəyini deyən T. Quliyev burada qeyri-adi heç nə olmadığını bildirib: “Rəsul mənim qardaşımdır, amma onun siyasəti başqa, mənim siyasətim başqadır. Mən 1973-cü ildən Heydər Əliyevlə işləmişəm, ondan hörmət görmüşəm. Buna görə də onun siyasətini müdafiə edirəm. Mən siyasətlə məşğul olan adam deyiləm. Rəsulu qardaş kimi dəstəkləyirəm, amma siyasi işlərə qarışmıram. Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gələndə üstümə düşdülər, işdən çıxartdılar, şər atdılar. Yəni mən Vəzirovun da, Ayaz Mütəllibovun da, Azərbaycan Xalq Cəbhəsinin də hakimiyyətini görmüşəm və kimin necə işlədiyinin şahidi olmuşam. Hazırda heç bir partiyanın üzvü deyiləm, ömrüm boyu yalnız Kommunist Partiyasının üzvü olmuşam və indi də partiya biletini saxlayıram. Çünki sovetin çörəyi ilə böyümüşəm”. T. Quliyev bundan sonra hər hansı partiyanın üzvü olmaq niyyətinə düşmədiyini, bitərəf kimi hazırkı hakimiyyətin mövqeyini müdafiə edəcəyini bildirib. O, Azərbaycanda hər hansı hakimiyyət dəyişikliyinin gözlənilmədiyini də vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR