Bank Of Baku

Yeni Nəsil Azərbaycan Kommunist Partiyası Rüstəm Şahsuvarovu öz sıralarına dəvət edib

Yeni Nəsil Azərbaycan Kommunist Partiyası Rüstəm Şahsuvarovu öz sıralarına dəvət edib
# 12 fevral 2008 11:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədov-APA. “Azərbaycan Kommunist Partiyasının qanadlarından birinə rəhbərlik edən, bu ilin yanvarın 26-da təşkilatdan çıxarılan Rüstəm Şahsuvarovun Yeni Nəsil Azərbaycan Kommunist Partiyasına üzv qəbul olunması müzakirə mövzusu deyil”. Yeni Nəsil Azərbaycan Kommunist Partiyası Komissarlar Şurasının (YNAKP) sədri Niyazi Rəcəbov APA-ya bildirib ki, R. Şahsuvarovla partiyaları arasında yalnız əməkdaşlıqdan və ya əlaqələrin koordinasiya edilməsindən söhbət gedə bilər. N. Rəcəbov fevralın 17-də keçiriləcək partiyanın Komissarlar Şurasında R. Şahsuvarovla bağlı məsələnin müzakirə ediləcəyini də deyib. R. Şahsuvarov isə YNAKP-ı ilə əməkdaşlıqdan deyil, partiyanın üzvlüyündən söhbət getdiyini bildirib: “Yeni yaradılan təşkilatdan təklif gəlib. Mənim və məni dəstəkləyənlərin həmin partiyaya üzv olacağını düşünürəm”. R. Şahsuvarov əlavə edib ki, YNAKP-da qərarlar kollegial qəbul olunduğundan bir nəfərin etiraz etməsi nəticəyə təsir edə bilməz. R. Şahsuvarovun sözlərinə görə, yaxın günlərdə YNAKP-nın rəhbər strukturunun üzvləri ilə keçirəcəkləri görüşdə, onun həmin partiyada tutacağı mövqenin müəyyənləşdirilməsi müzakirə mövzusu olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR