Bank Of Baku

Siyavuş Novruzov: “Seçki komissiyalarının tərkibinin dəyişdirilməsinə dair razılıq əldə olunması barədə yayılan məlumatlar həqiqətəuyğun deyil”

Siyavuş Novruzov: “Seçki komissiyalarının tərkibinin dəyişdirilməsinə dair razılıq əldə olunması barədə yayılan məlumatlar həqiqətəuyğun deyil”
# 12 fevral 2008 12:01 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Seçki komissiyalarının tərkibinin dəyişdirilməsi ilə bağlı razılığın əldə olunması barədə yayılan məlumatlar həqiqətəuyğun deyil. Komissiyaların tərkibi hazırkı vəziyyətdə qalacaq”. Bu açıqlamanı APA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Siyavuş Novruzov seçki komissiyalarında olan bitərəflərin yarısının müxalifət, yarısının hakimiyyətlə razılaşdırılacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən deyib. Millət vəkilinin sözlərinə görə, hazırda komissiyaların tərkibi normaldır və onların tərkibində heç bir dəyişiklik orlmayacaq: “Dünya praktikasında, heç bir ölkədə hər seçkidə yeni komissiya yaradılmır. Azərbaycanda normal seçki sistemi mövcuddur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR