Bank Of Baku

Söz Azadlığı Müdafiə Komitəsinin işçi qrupunun toplantısı keçirilib

Söz Azadlığı Müdafiə Komitəsinin işçi qrupunun toplantısı keçirilib
# 12 fevral 2008 14:13 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Söz Azadlığı Müdafiə Komitəsinin işçi qrupunun toplantısı keçirilib. Helsinki Vətəndaş Assambleyasının (HVA) Azərbaycan Milli Komitəsinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda komitənin rəhbəri Arzu Abdullayeva ötən müddətdə görülən işlər barədə məlumat verib. “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin məhkəmə prosesi ətrafında aparılan müzakirələrdən sonra Müdafiə Komitəsi beynəlxalq təşkilatlara müraciət ünvanlamağı qərara alıb. Yaxın günlərdə Ali Məhkəmədə keçiriləcək “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin işini diqqətdə saxlamağı planlaşdıran komitə rəhbərliyi Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Yevgeniya Yivkovanın mətbuata verdiyi ziddiyyətli məqamlara aydınlıq gətirməsini vacib sayıb. İşçi Qrupu həmməruzəçinin dəqiq mövqeyini öyrənmək üçün ona müraciət etmək qərarına gəlib. İşçi Qrupu kütləvi aksiyalarla bağlı fikir mübadiləsi aparsa da, bu barədə konkret qərarlar qəbul edilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR