Bank Of Baku

“Dalğa” Gənclər Hərəkatı 3 illiyini qeyd edib

“Dalğa” Gənclər Hərəkatı 3 illiyini qeyd edib
# 12 fevral 2008 14:56 (UTC +04:00)
Bakı. Fərid Əkbərov-APA. “Dalğa” Gənclər Hərəkatının təsis olunmasının 3 illiyi münasibətilə tədbir keçirilib. Hərəkatın sədri Vəfa Cəfərova “Dalğa”nın 300 üzvünün olduğunu söyləyib. Onun sözlərinə görə, 2005-ci il fevralın 12-də Azərbaycan Dövlət İqtisad Universitetinin bir qrup tələbəsi tərəfindən əsası qoyulan hərəkat cəmiyyətdə aktivliyi ilə fərqlənib. Hərəkatın üzvü Araz Qasımov “Dalğa”nın demokratiyanın inkişafı istiqamətində yaranan təşkilat olduğunu bildirib: “Hərəkat yarandığı gündən cəmiyyətdə baş verən haqsızlıqlara qarşı mübarizə aparıb”. ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun Azərbaycan üzrə koordinatoru Cek Conson “Dalğa” hərəkatı ilə yaxın əlaqələrinin olduğunu bildirib. C. Cekson hərəkatın mövcudluğunun vacibliyini də qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR