Bank Of Baku

DAK Türkmənçay müqaviləsinin imzalanmasının 180-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirib

DAK Türkmənçay müqaviləsinin imzalanmasının 180-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirib
# 12 fevral 2008 15:36 (UTC +04:00)
Bakı. Ramil Məmmədov-APA. Dünya Azərbaycanlıları Konqresi (DAK) Türkmənçay müqaviləsinin imzalanmasının 180-ci ildönümünə ilə bağlı dəyirmi masa keçirib. APA-nın məlumatına görə, DAK Koordinasiya və İnformasiya Mərkəzinin rəhbəri Əlirza Amanbəyli bildirib ki, 1828-ci il fevralın 10-da Rusiya ilə Qacar hakimiyyəti arasında imzalanan müqavilə Azərbaycan torpaqlarını iki hissəyə bölüb. Onun sözlərinə görə, nəticədə Azərbaycan türklərinin milli, mədəni və digər insani haqları əlindən alınıb. Bu gün müqavilənin heç bir hüquqi statusu olmadığını deyən Ə. Amanbəylinin fikrincə, müstəqil Azərbaycan dövləti itirilən tarixi ərazilərin geri qaytarılması istiqamətində lazımi addımlar atmaq iqtidarındadır. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun şöbə müdiri Şövkət Tağıyeva Türkmənçay müqaviləsini Azərbaycan tarixində qara ləkə adlandırıb: “İran ərazilərindən ermənilərin Şimali Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsi də bu tarixdən başlayıb. Yüz minlərlə soydaşımız öz ata-baba yurdlarından məcburi çıxarılaraq İrana, Türkiyəyə və Rusiya ərazilərinə sürgün edilib. Bu gün İranda azərbaycanlıların başladıqları hərəkatın uğurla nəticələnəcəyi isə qaçılmazdır”. Tədbirdə çıxış edən tarixçi alimlər, ictimai təşkilatların nümayəndələri bu məsələnin beynəlxalq təşkilatlar səviyyəsinə çıxarılmasını təklif ediblər. Qeyd edək ki, 1828-ci il fevralın 10-da ikinci Rusiya-İran müharibəsinin yekunu olaraq bağlanan, Türkmənçay müqaviləsi nəticəsində Azərbaycan Araz çayı boyunca iki hissəyə bölünüb. Müqaviləni Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə Qacar dövlətinin xarici işlər naziri Mirzə Əbdül Həsən xan imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR