Bank Of Baku

Eldar Namazov: “Sərdar Cəlaloğluna “əməkdar mitinq ustası” adını vermək lazımdır”

Eldar Namazov: “Sərdar Cəlaloğluna “əməkdar mitinq ustası” adını vermək lazımdır”
# 12 fevral 2008 15:53 (UTC +04:00)
Bakı.Fərid Əkbərov-APA. “Sərdar Cəlaloğluna “əməkdar mitinq ustası” adını vermək lazımdır”. Bunu APA-ya açıqlamasında Azərbaycan Naminə İctimai Forumun (ANİF) prezidenti Eldar Namazov Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun onun barəsində dediyi fikirlərə münasibət bildirərkən söyləyib. Müxalifət düşərgəsindən verilən bəyanatlara əhəmiyyət vermək fikrində olmadığını bildirən E. Namazov S. Cəlaloğlunun dediklərini də şərh etməyə ehtiyac görmədiyini söyləyib: “Müxalifətçilərin haqqımda söylədiyi fikirlərə təmkinlə yanaşıram”.
Qeyd edək ki, S. Cəlaloğlu APA-ya açıqlamasında E. Namazovun kütləvi aksiya keçirmək iqtidarında olmadığını, onun nəzəri siyasətə üstünlük verdiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR