Bank Of Baku

Elmar Məmmədyarov Tacikistan nümayəndə heyətini qəbul edib

Elmar Məmmədyarov Tacikistan nümayəndə heyətini qəbul edib
# 12 fevral 2008 16:29 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Qulomcon Bobozodənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonaq birgə hökumətlərarası komissiyanın Bakıda keçirilmiş iclasının nəticələrini müsbət qiymətləndirib. O, iclasda iki dövlət arasında ticarət dövriyyəsinin artırılması, iqtisadi cəhətdən potensial sahələrin inkişaf etdirilməsi, alüminium və koks istehsalı, geoloji kəşfiyyat, metal ehtiyatlarının hasilatı və digər sahələrdə əməkdaşlıq, eləcə də birbaşa hava xəttinin açılması məsələlərinin müzakirə olunduğunu bildirib. Görüşdə iştirak edən Tacikistan xarici işlər nazirinin müavini A. K. Yuldoşev isə yaxın vaxtlarda Bakıda Tacikistan səfirliyinin açılacağını, artıq səfirin təyin olunduğunu diqqətə çatdırıb. Öz növbəsində E. Məmmədyarov qarşılıqlı münasibətlərdəki fəallaşmanı yüksək qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR