Bank Of Baku

ATƏT sədri: “Dağlıq Qarabağ, Dnestryanı və Cənubi Osetiya münaqişələrinin sülh yolu ilə həllinə ümid edirəm”

ATƏT sədri: “Dağlıq Qarabağ, Dnestryanı və Cənubi Osetiya münaqişələrinin sülh yolu ilə həllinə ümid edirəm”
# 13 fevral 2008 08:57 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri İlkka Kanevra Vudro Vilson Beynəlxalq Mərkəzində çıxışında deyib. O, ATƏT regionunda həllini tapmayan münaqişələrin olduğunu, Dağlıq Qarabağ, Dnestryanı və Cənubi Osetiya münaqişələrinin sülh yolu ilə həllinə ümid bəslədiklərini deyib. O, 20 il əvvəl Bakıda işçi səfərində olduğunu deyib: “O zaman mən tərcüməçi olmadan keçinməyin mümkünsüzlüyünə təəssüf edirdim. Uzun-uzadı nitq söyləmək çətindir, xüsusilə sənin söylədiklərini tərcümə edirlərsə. Bu, tək mənim üçün deyil, auditoriya üçün də əzabverici bir iş idi, amma bütün bunlar 20 il əvvəl olub”. Eyni auditoriya qarşısında çıxış edən Finlandiyanın ticarət və inkişaf naziri Paavo Vayrinen isə MDB ərazisindəki münaqişələrin həllinin regionun iqtisadi inkişafına müsbət təsir göstərəcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR