Bank Of Baku

Fəqani Məhərrəmov: “AMİP rəhbərliyində olan şəxslərin sədrliyə iddialarını ortaya qoymaqda tərəddüd etməsinin səbəbini bilmirəm”

Fəqani Məhərrəmov: “AMİP rəhbərliyində olan şəxslərin sədrliyə iddialarını ortaya qoymaqda tərəddüd etməsinin səbəbini bilmirəm”
# 13 fevral 2008 09:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Ayaz Rüstəmovun sədrlikdən istefasından sonra onun istefa ərizəsi qəbul edilməli və sədrliyə yeni namizədlər irəli sürülməli idi. Amma heç bir əsas olmadan prosesin bu qədər uzadılması narahatlıq doğurur”. Bu açıqlamanı APA-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədrliyinə iddialı olan partiyanın Göranboy rayon təşkilatının sədri Fəqani Məhərrəmov verib. Öz namizədliyini irəli sürməkdə heç kimdən və heç nədən çəkinmədiyini deyən F. Məhərrəmov partiya rəhbərliyində təmsil olunan şəxslərin sədrliyə iddia ortaya qoymasından çəkinməsinin səbəblərini dəqiq bilmədiyini qeyd edib: “Ayaz Rüstəmovun istefasından dərhal sonra namizədliyimi elan etmişəm. Baş katib Fuad Muxtarovun namizədliyi daha çox gözləniləndir. Şəxsən mən qurultayda onunla rəqib olacağımı düşünürəm. Amma Mərkəzi Aparatla mütəmadi əlaqəm olmadığına görə onun və digərlərinin niyə tərəddüd etdiklərini deyə bilmərəm”. F. Məhərrəmov AMİP-in son iki sədrinin öz postunu yarımçıq tərk etməsinin də bəzi iddialı şəxslərdə tərəddüd yaratdığını deyib: “Növbəti sədrin aqibətinin necə olacağını zaman göstərəcək. Son iki sədrin taleyi sözsüz ki, növbəti sədrliyə iddialılarda müəyyən tərəddüdlər doğurur. Əli Əliyev və Ayaz Rüstəmov AMİP sədri kimi prosesləri idarə edə, partiyanı layiq olduğu yerdə saxlaya bilmədilər. Guya onların işləməsinə Etibar Məmmədov tərəfindən imkan verilməməsi ilə bağlı deyilənlər cəfəngiyyatdır. Etibar Məmmədov partiyanın lideridir və proseslərə də müəyyən mənada müdaxilə etmək səlahiyyətinə, mənəvi hüquqa sahibdir. Mən də sədrliyə namizədliyimi qətiləşdirən zaman son iki sədrin taleyindən ibrət dərsi götürmək qənaətinə gəlmişəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR