Bank Of Baku

Əli Əliyev: “Seçki komissiyalarının tərkibi məsələsindən əvvəl müxalifətin çərçivəsi müəyyənləşməlidir”

Əli Əliyev: “Seçki komissiyalarının tərkibi məsələsindən əvvəl müxalifətin çərçivəsi müəyyənləşməlidir”
# 13 fevral 2008 09:58 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Seçki komissiyalarının tərkibi məsələsindən əvvəl müxalifətin çərçivəsi müəyyənləşməlidir ki, hansı partiyalar bu düşərgəni komissiyalarda təmsil edə bilər”. Bu sözləri APA-ya açıqlamasında “Azadlıq” blokunun həmsədri, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib. Seçki komissiyalarındakı bitərəflərin 3-nün müxalifət, 3-nün isə hakimiyyətlə razılışdırılması məsələsinin ortaya çıxmasını paritet prinsipinin əsasının qoyulması kimi qiymətləndirən partiya sədri hesab edir ki, bu 3 üzv əvvəlcədən müəyyənldəşmiş müxalifət partiyaları ilə razılaşdırılmalıdır: “Mübahisə predmeti budur ki, həmin partiyalar hansılar olacaq. Bu məsələdə razılığa gəlinməyənə qədər problem qalacaq. Müxalifət qismində komissiyalarda kimin təmsil olunması məsələsi bizim bəyanatlarımızda açıq şəkildə əks olunur. Son parlament seçkilərində iştirak etmiş və səsvermənin yekunlarına görə 1 faizdən çox səs yığmış partiyalar komissiyaların təşkilində iştirak etməlidirlər. Söhbət AXCP, ALP, Müsavat və ADP-dən gedir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR