Bank Of Baku

Sabah Kiyevdə QDİƏT Xarici İşlər Nazirləri Şurasının Avropa İttifaqı ilə birgə toplantısı keçiriləcək

Sabah Kiyevdə QDİƏT Xarici İşlər Nazirləri Şurasının Avropa İttifaqı ilə birgə toplantısı keçiriləcək
# 13 fevral 2008 10:00 (UTC +04:00)
QDİƏT Xarici İşlər Nazirləri Şurasının işinə Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna xarici siyasət idarələrinin rəhbərləri qatılacaq. Azərbaycan, Rusiya və Yunanıstan bu görüşdə xarici işlər nazirlərinin müavinləri səviyyəsində təmsil olunacaq. Məltəm Güneyin məlumatına görə, toplantıda beynəlxalq ictimaiyyətin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına marağının artması məsələsi müzakirə olunacaq: “Təşkilatda qurumda müşahidəçi statusu ilə təmsil olunmaqla bağlı yeni müraciətlər daxil olub. Artıq belə müraciət edən ölkələrin sayı 18-ə çatıb. Bu isə təşkilata artan marağın göstəricisi sayıla bilər. QDİƏT və Avropa İttifaqı təmsilçiləri iki qurum arasında əməkdaşlığın yeni mərhələyə çıxarılması məsələsini müzakirə edəcəklər. Bu, yeni formatda keçirilən ilk toplantıdır” Qeyd edək ki, QDİƏT-Avropa İttifaqı görüşündə “Avropa İttifaqı üçlüyü”nün də iştirakı gözlənilir. İclasın sonunda QDİƏT Xarici İşlər Nazirləri Şurası Avropa İttifaqı ilə əməkdaşlığa dair bəyannamə qəbul edəcəklər. Bundan başqa Ermənistanla qarşılıqlı anlaşma haqqında memorandum imzalanması da iclasın gündəliyində duran məsələlərdəndir. Konfrans iştirakçıları, həmçinin toplantıda Azərbaycanı təmsil edəcək xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev iştirakçılar qarşısında çıxış edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR