Bank Of Baku

“Beynəlxalq terrorizm: Qafqazda hədəfləri, məqsədləri və strategiyası” mövzusunda dəyirmi masa keçirilib

“Beynəlxalq terrorizm: Qafqazda hədəfləri, məqsədləri və strategiyası” mövzusunda dəyirmi masa keçirilib
# 13 fevral 2008 11:49 (UTC +04:00)
Bakı. Ramil Məmmədov-APA. Sülh və Münaqişələrin Həlli Mərkəzi (SMHM) “Beynəlxalq terrorizm: Qafqazda hədəfləri, məqsədləri və strategiyası” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, mərkəzin sədri Elxan Mehdiyev bildirib ki, SSRİ dağıldıqdan sonra dünyada təhlükəsizliklə bağlı məsələdə ortaya əlavə problemlər çıxıb. ABŞ-da baş verən 11 sentyabr terror aktından sonra isə problemə yanaşma və onunla mübarizə metodu dəyişilib. Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı İlham İsmayıl isə deyib ki, müasir terrorizm 1960-1970-ci illərdən sonra dünya ictimaiyyətinin gündəmində olan mövzuya çevrilib. O, terrorizmi siyasi məqsədlərə çatmaq üçün qeyri-dövlət üsulu da adlandırıb. Qafqazda terrorun hədəfləri, məqsədləri və strategiyası haqda söz açan İ. İsmayıl Azərbaycanın digər respublikalarla müqayisədə daha çox risk altında olduğunu söyləyib: “Gürcüstan və Ermənistanla müqayisədə Azərbaycanın geosiyasi mövqeyi və enerji resursları bu fikrə gəlməyə əsas verir. Digər tərəfdən Azərbaycan artıq 100 ildən artıqdır erməni terrorizmi ilə mübarizə aparmaq məcburiyyətindədir”. O, Azərbaycanın dini terrorizmdən də sığortalanmadığını deyib. Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər Qafqazı Avrasiyanın siyasi düyün nöqtəsi adlandırıb: “Azərbaycan isə xristian və müsəlman cəmiyyətlərinin kəsişməsində yerləşən Qafqaz ölkəsidir. Bütün bu amillər Azərbaycanın beynəlxalq terrorun hədəfində olmasına şərait yaradır”. Dəyirmi masada çıxış edən "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Orucov, hərbi ekspert Azad İsazadə və digər ekspertlər Azərbaycanın dünyada yeri, rolu və beynəlxalq terrorizmin əhatə dairəsi barədə fikir mübadiləsi aparıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR