Bank Of Baku

Müsavat Partiyası paytaxtın mərkəzi meydanlarında mitinqlər təşkil etməyi planlaşdırıb

Müsavat Partiyası paytaxtın mərkəzi meydanlarında mitinqlər təşkil etməyi planlaşdırıb
# 13 fevral 2008 12:04 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Müsavat Partiyası prezident seçkisi ərəfəsində kütləvi aksiyaları paytaxtın mərkəzi meydanlarında keçirəcək. Bu barədə APA-ya partiya başqanının müavini Mehman Cavadoğlu məlumat verib. Onun sözlərinə görə, Bakı şəhər İcra Hakimiyyəti son üç ildir, şəhərin mərkəzi meydanlarında kütləvi aksiya keçirilməsini qadağan edib. Müsavat Partiyasının bir neçə dəfə Ukrayna meydanında aksiya keçirdiyini bildirən M. Cavadoğlu seçki ərəfəsində sözügedən meydanla kifayətlənməyəcəklərini vurğulayıb: “Biz seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması tələbi ilə də aksiyalara başlaya bilərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR