Bank Of Baku

Azərbaycanın xarici işlər naziri sabah Parisdə fransalı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Azərbaycanın xarici işlər naziri sabah Parisdə fransalı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
# 13 fevral 2008 15:12 (UTC +04:00)
Görüşdə ikitərəfli və regional əməkdaşlıq, iqtisadi-siyasi münasibətlər, iqtisadiyyata yatırılan sərmayələrin artırılması, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında müzakirələrin aparılması gözlənilir. Delakrost Dekolas bildirib ki, görüşün yekunlarına dair hər hansı sənəd imzalanması nəzərdə tutulmur. Görüşdən sonra XİN başçıları jurnalistlər üçün brifinq keçirəcəklər. Fransanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bu görüş tərəflər üçün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə etmək üçün gözəl fürsət olacaq. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev 2007-ci ilin yanvar ayında Fransaya dövlət səfəri edib. Fransız şirkətləri Azərbaycanda geniş fəaliyyət (neft sənayesi, tikinti, bank, qida sənayesi) göstərirlər. Fransa Azərbaycanda xarici sərmayə yatırımına görə 4-cü yerdədir. İki ölkə arasında qarşılıqlı ticarət mübadiləsinin həcmi 1 milyard avroya yaxındır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR