Bank Of Baku

Qazaxda ötən ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib

Qazaxda ötən ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib
# 13 fevral 2008 15:23 (UTC +04:00)
Bu gün Qazax rayonunun sosial-iqtisadi inkişafı sahəsində 2007-ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, yerli hüquq-mühafizə orqanları, idarə və müəssisələrin, təhsil ocaqları rəhbərlərinin və rayon ictimaiyyəti nümayəndələrinin qatıldığı tədbirdə baş prokuror Zakir Qaralov da iştirak edib. Tədbirdə Qazax rayon icra hakimiyyəti başçısı Rauf Hüseynov çıxış edərək rayonun sosial-iqtisadi inkişafı sahəsində 2007-ci ilin yekunları və qarşıda duran vəzifələr haqda danışıb. O, hesabat ilində rayon əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması sahəsində bir sıra məqsədyönlü işlər görlüdüyünü bildirib. Rauf Hüseynov bildirib ki, hesabat ilində Qazax rayon Maliyyə İdarəsinin, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin proqnozların tərtibatında, sığorta edilənlərin uçotunun düzgün aparılmasında, plastik kartların hazırlanaraq pensiyaçılara çatdırılmasında, bəzi hallarda isə pensiya ödənilməsində nöqsanlara yol verdiyini bildirib və DSMF Qazax rayon şöbəsinin rəisi Azər Gülalıyevə işindəki nöqsanları düzəltmək üçün ciddi göstəriş verib. Rauf Hüseynov qaz istismar idarəsində görülən işlərin və nöqsanların çox olduğunu qeyd edib və idarənin rəisi Mahir Qocayevə ciddi xəbərdarlıq edərək, 2008-ci ildə sərhəd kəndlərinə mavi yanacağın verilməsi üçün xətlərin çəkilib başa çatrılmasını tapşırıb. Yığıncaqda çıxış edən Qazax rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Arzu Novruzov rayon icra hakimiyyəti başçısından və baş prokurordan Qazax rayon doğum evinin əsaslı təmir olunması və yeni avdanlıqlarla təchiz olunmasına köməklik göstərmələrini xahiş edib.
/APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR