Bank Of Baku

Arif Hacılı: “Partiyada İsa Qəmbərin seçki qərargahına rəhbərlik etmək uğrunda mübarizə getmir”

Arif Hacılı: “Partiyada İsa Qəmbərin seçki qərargahına rəhbərlik etmək uğrunda mübarizə getmir”
# 13 fevral 2008 15:37 (UTC +04:00)
Bakı. Fərid Əkbərov - APA. “Partiya daxilində Müsavat başqanının seçki qərargahına rəhbərlik etmək üstündə hər hansı qarşıdurma yoxdur. Başqanın seçki məsələləri üzrə müavini mənəm və bundan əvvəlki seçkilərdə də onun seçki qərargahına rəhbərliyi mən həyata keçirmişəm. Ancaq bu işi məndən daha yaxşı görəcəyini düşünənlərin də öz namizədliyini irəli sürməsini təklif etmişəm”. Bunu sözləri APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Partiya daxilində İsa Qəmbərin seçki qərargahına rəhbərlik etmək uğrunda mübarizə getməsi ilə bağlı məlumatlara münasibət bildirən A. Hacılının sözlərinə görə, seçki prosesinə dair qərarları Divan qəbul edəcək: “Hələlik konkret qərarlar qəbul olunmayıb, yalnız ayrı-ayrı sahələr üzrə tapşırıqlar verilib. Seçki kampaniyası dövründə ictimai əlaqələrin qurulması Qabil Hüseynliyə, mətbuat işinin təmin edilməsi Mehman Cavadoğluna, icra işlərinin təşkili partiyanın seçki departamentinin rəhbəri Gülağa Aslanlıya tapşırılıb. Bütövlükdə seçki kampaniyasının koordinasiyası isə mənə həvalə edilib”. A. Hacılı seçki qərargahına kimin rəhbərlik etməsi və qərargah üzvlərinin kimlərdən təşkil olunması məsələsinin hələlik rəhbər strukturlarda müzakirə edilmədiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR