AŞ Nazirlər Komitəsinin katib müavini Kristof Puarel: ““Aqo” qrupunun Azərbaycana səfəri zamanı əsas diqqət prezident seçkilərinə hazırlığa yönələcək” - EKSKLÜZİV
Kristof Puarel Azərbaycanda QHT-lərin sayının çox olduğunu, bu səbəbdən mülki cəmiyyət institutları rəhbərlərinin hamısı ilə görüş keçirə bilməyəcəklərini deyib: “Hazırda görüş keçirəcəyimiz qeyri-hökumət təşkilatlarının siyahısını hazırlayırıq. Qrupun əsas diqqət mərkəzində isə sözsüz ki, prezident seçkilərinə hazırlıq məsələsi olacaq. Azərbaycan hökuməti ilə Venesiya Komissiyası arasında Seçki Məcəlləsinə təklif olunan dəyişikliklərə dair danışıqların vəziyyətini də müzakirə etmək niyyətindəyik. Seçki Məcəlləsinə dəyişikliklər edildikdən sonra bunun praktiki cəhətdən həyata keçirilməsi lazım gələcək və qrup təbii ki, bu prosesi yaxından izləyəcək. “Aqo” qrupu mükəmməl seçki sisteminin tətbiqi üçün Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin prezident seçkilərindən öncə qəbul ediləcəyinə ümidvardır”.
Kristof Puarel səfər zamanı siyasi məhbus problemini də diqqət mərkəzində saxlayacaqlarını bildirib: “Qrup bu məsələ ilə məşğul olan işçi qrupun fəaliyyətini diqqətlə izləyir. Bizi maraqlandıran əsas məsələ işçi qrupun öz fəaliyyətində irəliləyişlərə nail olub-olmamasıdır. Həmçinin media sahəsində durumu da yaxından öyrənmək niyyətindəyik. Məsələn, “Aqo” qrupunun fikrincə, Azərbaycanda media sahəsində də qanunvericilik baxımından irəliləyişlərə nail olmaq lazımdır. Avropa Şurası bu məsələdə jurnalistikanın formalaşmasına dair layihələri dəstəkləyir, amma bu, diffamasiya haqqında maddənin diqqətdən kənarda qalması anlamına gəlməməlidir. Bu iş paralel aparılmalıdır. “Aqo” qrupu Avropa Şurası Parlament Assambleyası, İnsan Haqları üzrə Komissarlıq və digər institutlar kimi hesab edir ki, böhtana görə cinayət məsuliyyətini nəzərdə tutan maddə Azərbaycanın Cinayət Məcəlləsindən çıxarılmalıdır. Bundan başqa, ötən il Avropa Şurasının ekspertləri televiziya və radioların fəaliyyətini tənzimləyən qanunun ekspertizasını aparmışdı. Bu səfər zamanı da radio-televiziya sahəsindəki qanunvericilik məsələsi yenidən müzakirə mövzusu olacaq. Yəni “Aqo” qrupu Azərbaycan hökumətinin Avropa Şurası ekspertləri tərəfindən verilən tövsiyələr əsasında radio və televiziya fəaliyyətini tənzimləyən qanunu dəyişdirmək niyyətində olub-olmaması ilə maraqlanır”.
Kristof Puarel “Aqo” qrupunun səfərin yekunlarına dair qiymətləndirmə məruzəsi hazırlayaraq Avropa Şurası Nazirlər Kabineti qarşısında hesabat veriləcəyini bildirib. Onun sözlərinə görə, qrup vəziyyətdən asılı olaraq AŞ Nazirlər Komitəsinə hesabatla bağlı müəyyən qərarların qəbulunu təklif edə bilər. AŞ təmsilçisi “Aqo” qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini də gündəmdə saxladığını deyib: “Bildiyiniz kimi, ATƏT-in Minsk Qrupunda təmsil olunan üç həmsədrdən ikisi, yəni Rusiya və Fransa həm də “Aqo” qrupunun üzvləridir. Bu baxımdan qrup Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesini diqqət mərkəzində saxlayır. Hazırda münaqişənin nizamlanmasına dair danışıqlar prosesi davam edir və siyasi dialoqun mövcud mərhələsi, münaqişələrin həlli perspektivləri İrəvan və Bakıda keçiriləcək danışıqların əsas müzakirə mövzusu olacaq. Hər iki ölkədə seçki ilidir. Danışıqlar masası üzərində olan həll variantı barədə razılaşma əldə olunduqda elə etmək lazımdır ki, hər iki ölkənin əhalisi bu sənədi dəstəkləsin. “Aqo” qrupu münaqişənin yaxın gələcəkdə həllinə ümid edir. Biz bilmək istəyirik ki, bu istiqamətdə hər iki ölkənin konkret hansı proqramları var və bu proqramları necə həyata keçirmək istəyirlər. Bilirik ki, hər iki tərəf münaqişənin nizamlanması üçün ciddi kompromislərə hazır olmalıdır. Biz həmçinin hər iki ölkəni hərbi vasitələrə yol atmaq bəyanatlarından imtina etməyə çağırırıq. Bu kimi bəyanatlar münaqişənin həlli istiqamətində münbit şərait yaratmağa imkan vermir”.
Daxili siyasət
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb
Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Xəbər Lenti
Göygöldə Milli Mətbuat Günü qeyd olunub, APA-nın əməkdaşı təltif edilib
Tramp: İran bu andan Hörmüz boğazında hər hansı gəmiyə atəş açarsa, ABŞ körpü və ya elektrik stansiyalarını vuracaq
Dələduzluq ittihamı ilə axtarışa verilən şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
Ermənistanda müxalifət liderlərindən Andranik Tevanyanın həbs müddəti daha iki ay uzadılıb
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edilib - FOTO
Vətəndaşlar artıq “mygov” üzərindən vəkil və bank etibarnaməsi verə biləcəklər
Diplomatiyanın səssiz dili: Azərbaycan Avropaya açılan yeni strateji qapıdır - Berlin təəssüratları
Lənkəranda avtomobil yol kənarında ticarətlə məşğul olan şəxsi vuraraq öldürüb - FOTO
Özbəkistan Baş prokuroru Kəlbəcər və Gəncədə olub
Bakıda avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanılıb
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil
“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
SEPAH ABŞ-nin İordaniyadakı bazalarına hücum edib, ölən və yaralananların olduğu bildirilir
İRNA: Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
“AzerGold” QSC-də işə qəbulla bağlı növbəti kütləvi test imtahanı keçirilib
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Azərbaycanla Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edib
Xarici dil üzrə 2027-ci ildə tətbiq olunacaq imtahan modeli ilə bağlı metodik tövsiyyələr açıqlanıb
Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq
Rubio Lavrovla görüşəcəyini təsdiqləyib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıb
Rauf Arifoğlu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin nizamnaməsi təsdiqlənib
“Əkinçi”dən rəqəmsal mediaya: Azərbaycan mediasının 151 illik şərəfli inkişaf yolu - TƏHLİL
Ankarada təlim helikopterinin qəzaya uğraması nəticəsində polkovnik ölüb - YENİLƏNİB
Ukraynanın Yaltada yaşayış binasına dron zərbəsi nəticəsində 17 nəfər yaralanıb
Kiberpolis hüquqi şəxslərin biznes hesablarına kiberhücum edən şəxsi saxlayıb - VİDEO
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapılıb
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
Serbiya nümayəndə heyəti Azərbaycanda səfərdə olub
“La Dépêche de Kanaky” nəşri: Bakı bəhanədir, əsas məsələ Fransanın bitməyən müstəmləkəçiliyidir
Lənkəranda Milli Mətbuat Günü qeyd olunub - FOTO
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi məzunlarının işə qəbul faizi 90%-ə yaxınlaşıb
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd edib - FOTO
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
"Arzum 9999" ləqəbli tiktoker ev dustaqlığına buraxılıb
Sabahın hava proqnozu açıqlanıb
Gecikdirilmiş 422,8 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub
Azercell Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib
“AzerGold”un KSM Komitəsi Daşkəsən sakinləri ilə növbəti görüşünü keçirib
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib - FOTO
Hikmət Hacıyev: Əminik ki, mediamız qlobal informasiya məkanında əldə etdiyi mövqeləri daha da genişləndirəcək
Azərbaycanla Gürcüstan arasında beynəlxalq yük daşımalarında elektron icazə sisteminin tətbiqinə başlanılıb
Naxçıvandan tranzit keçməklə yük aparan maşında 53 kq narkotik tapılıb - FOTO - VİDEO
Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi mənimsəmədə ittiham olunur