Bank Of Baku

Azərbaycanın “Sərbəst toplaşmaq haqqında” qanununa əlavə və dəyişikliklər martda parlamentin müzakirəsinə çıxarılacaq

Azərbaycanın “Sərbəst toplaşmaq haqqında” qanununa əlavə və dəyişikliklər martda parlamentin müzakirəsinə çıxarılacaq
# 14 fevral 2008 09:38 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycanın “Sərbəst toplaşmaq haqqında” qanununa əlavə və dəyişikliklər martda Milli Məclisin müzakirəsinə çıxarılacaq. Bu barədə APA-ya açıqlamasında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib. Aparat rəhbəri qanuna ediləcək əlavə və dəyişikliklərlə bağlı Avropa Şurasının Venesiya Komissiyasından və digər beynəlxalq təşkilatlardan müsbət rəy alındığını deyib. Onun sözlərinə görə, “Sərbəst toplaşmaq haqqında” qanuna əlavə və dəyişikliklər olunması üçün heç bir maneə yoxdur. S. Mirzəyev sənədin mart ayında parlamentin müzakirəsinə çıxarılacağını və yaz sessiyasında qəbul olunacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR