Bank Of Baku

Yevgeniya Jivkova: “Kimsə mənim Azərbaycanda hansısa siyasi qüvvəni müdafiə etdiyimi düşünürsə, demək, məni yaxından tanımır”

Yevgeniya Jivkova: “Kimsə mənim Azərbaycanda hansısa siyasi qüvvəni müdafiə etdiyimi düşünürsə, demək, məni yaxından tanımır”
# 14 fevral 2008 09:54 (UTC +04:00)
“Mətbuatda haqqımda gedən yazıları şərh etməyə adətim yoxdur, amma mənim adım və ailəmlə bağlı spekulyasiyalar həddini aşdığına görə bir neçə kəlmə demək istəyirəm. Həmişə söz azadlığını müdafiə etmişəm və buna kimsə şübhə edə bilməz. Həmişə hesab etmişəm ki, söz azadlığı son dərəcə mühüm amildir və kütləvi informasiya vasitələri azad və müstəqil olmalıdır. Mən heç zaman jurnalistlərin həbsinə tolerantlıq nümayiş etdirməmişəm, xüsusilə jurnalist peşəkar fəaliyyətinə görə həbs olunursa”.
Azərbaycan mətbuatında haqqında gedən yazılara münasibət bildirən Yevgeniya Jivkova təhqiredici məqalələrin onu hövsələdən çıxarmadığını deyib: “Şəxsiyyətimlə bağlı müxtəlif təhqiredici məqalələr məni qorxutmur. Çünki mən həmişə vətənimdə demokratiyanın inkişafını dəstəkləyən siyasətçi kimi böyük hörmətə malik olmuşam. Əgər kimsə mənim Azərbaycanda hansısa siyasi qüvvənin tərəfini tutduğumu düşünürsə, demək, məni yaxından tanımır. Hesab edirəm ki, Azərbaycan ictimaiyyətinə sağlam dialoq üçün daha münbit atmosfer yaradılmasına ehtiyac var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR