Bank Of Baku

Yaşıllar Partiyasının sədri: “Demokratik Seçki Mərkəzi seçki bloku deyil”

Yaşıllar Partiyasının sədri: “Demokratik Seçki Mərkəzi seçki bloku deyil”
# 14 fevral 2008 13:36 (UTC +04:00)
Bakı. Ramil Məmmədov-APA. “Demokratik Seçki Mərkəzinin əsasnaməsində partiyaların müstəqilliyinin saxlanması məsələsi əsas amil olacaq”. Yaşıllar Partiyasının sədri Mais Güləliyev APA-ya bildirib ki, DSM seçki bloku deyil və burada partiyaları hansısa məsələyə məcbur edəcək mexanizm yoxdur. Onun sözlərinə görə, DSM məşvərət xarakterli koalisiyadır və qurumun seçkidə müəyyən addımların atılmasında birgə fəaliyyəti nəzərdə tutulub. O, qurumun toplantısında DSM-in gündəlik fəaliyyətini tənzimləmək məqsədilə koordinator vəzifəsinin təsis olunması təklifi ilə çıxış etdiyini də söyləyib: “Koordinator Demokratik Seçki Mərkəzinin cari fəaliyyətini tənzimləyəcək. Hazırlanan sənədlərin və təkliflərin müvafiq orqanlara göndərilməsini həyata keçirəcək”. M. Güləliyev DSM-in koordinatorunun səsvermə ilə seçiləcəyini, bu vəzifəyə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun namizədliyini təklif edəcəyini bildirib.
Qeyd edək ki, DSM yanvarın 30-da 20-yə yaxın partiyanın təşəbbüsü ilə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR