Bank Of Baku

“Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına qarşı kampaniya və tarixi həqiqətlər” mövzusunda dəyirmi masa keçirilib

“Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına qarşı kampaniya və tarixi həqiqətlər” mövzusunda dəyirmi masa keçirilib
# 14 fevral 2008 14:12 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bu gün “Azadlıq” blokunun təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına qarşı kampaniya və tarixi həqiqətlər” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, AXCP sədri Əli Kərimli tədbirdə çıxış edərək, bu il Azərbaycanda prezident seçkilərinin keçiriləcəyini, ölkədə insan hüquqları ilə problemlərin olduğunu deyib, məntiqlə bu gün məhz həmin məsələlərin müzakirə mövzusu olmasını lazım bilib: “Amma gündəmə süni şəkildə başqa mövzular gətirilir”. Millət vəkili, tarixçi Cəmil Həsənli Xalq Cümhuriyyətinin yaranması, o dövrün şərtləri haqqında danışıb. Onun sözlərinə görə, bu gün aparılan kampaniyanın hədəfi düzgün seçilməyib: “Burada hədəf ermənilər olmalıdır”. Professor Kamil Vəli Nərimanoğlu isə tarixi həqiqətləri dəyişməyin qeyri-mümkünlüyünü qeyd edərək, Xalq Cümhuriyyətinin Şərqdə ilk demokratik dövlət olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR