Bank Of Baku

Azərbaycan İslam Partiyası Baş Məclisinin martda keçiriləcək toplantısında prezident seçkilərindəki fəaliyyət istiqamətləri müzakirə olunacaq

Azərbaycan İslam Partiyası Baş Məclisinin martda keçiriləcək toplantısında prezident seçkilərindəki fəaliyyət istiqamətləri müzakirə olunacaq
# 14 fevral 2008 14:25 (UTC +04:00)
Bakı. Ramil Məmmədov-APA. Azərbaycan İslam Partiyasının (AİP) Baş Məclisinin toplantısının martın birinci yarısına qədər keçirilməsi nəzərdə tutulub. AİP sədri Mövsüm Səmədov APA-ya bildirib ki, toplantıda təşkilati məsələlərə baxılacağı, əsasən də partiya sədrinin birinci müavini postuna təyin olunacaq şəxsin kimliyinin müəyyənləşdirilməsi planlaşdırılıb. Onun sözlərinə görə, partiyanın prezident seçkilərindəki fəaliyyət istiqamətləri də müzakirə mövzusu olacaq. Qeyd edək ki, AİP Baş Məclisinin fevrala təyin olunan toplantısı təxirə salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR