Bank Of Baku

Astarada 2007-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

Astarada 2007-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib
# 14 fevral 2008 14:52 (UTC +04:00)
Astara. Ağaddin Babayev-APA. Bu gün Astarada 2007-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbirdə illik hesabat məruzəsi ilə çıxış edən Astara rayonunun İcra Hakimiyyətinin (RİH) başçısı Mahir Quliyev bildirib ki, ötən il rayonda 845 iş yeri açılıb. Son dörd ildə rayonda 10 məktəb binasının tikildiyini deyən RİH başçısı bunlardan 4-ün dövlət, 4-ün isə Heydər Əliyev Fondunun vəsaiti hesabına inşa olunduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, ötən il rayonda qeydə alınmış 241 cinayət hadisəsindən 226-ın üstü açılıb. Problemlərə toxunana RİH başçısı bildirib ki, rayonda 41 orta məktəb binası yararsız vəziyyətdədir. Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və digər rəsmi şəxsi şəxslər iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR