Bank Of Baku

İFES-in Bakı ofisi və Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin birgə tədbirlərinə həsr olunmuş kitabçalar nəşr edilib

İFES-in Bakı ofisi və Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin birgə tədbirlərinə həsr olunmuş kitabçalar nəşr edilib
# 14 fevral 2008 15:22 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Seçki Sistemləri üzrə Beynəlxalq Fond - İFES-in Bakı ofisi və Avropa Şurasının Azərbaycandakı nümayəndəliyi birgə keçirdiyi tədbirlərə dair 2 kitabça nəşr edib. İFES-dən APA-ya verilən məlumata görə, “Seçki hüquqlarının pozulması ilə bağlı şikayətlər və müraciətlərə dair dəyirmi masa müzakirələri barədə hesabat” və “Seçki komissiyalarının tərkibinə aid dəyirmi masa müzakirəsi barədə hesabat” adlanın kitabçalar 2007-ci il noyabrın 7,8 və 9-da keçirilmiş tədbirlərə həsr olunub. İFES-in Bakı ofisi və Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin birlikdə nəşr etdirdiyi 300 nüsxəlik kitabçalar həmin tədbirlərdə iştirak etmiş siyasi partiya və qeyri-hökumət təşkilatlarına, millət vəkillərinə, həmçinin beynəlxalq təşkilatlara paylanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR